QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanda hərbi hissədə 3 hərbçinin meyiti tapılıb

© SputnikВоенные каски армян
Военные каски армян - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
MN: Hadisənin səbəblərini aydınlaşdırmaq üçün istintaq davam etdirilir. Bu ana olan məlumata görə, baş verənlərin Azərbaycanın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
BAKI, 19 avqust — Sputnik. Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbçinin meyiti aşkarlanıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, avqustun 19-u təxminən saat 02:15 radələrində hərbi hissələrdən birində 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın meyitləri aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.
Ermənistanın Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, baş vermiş hadisə Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı deyil.
“Hadisənin səbəblərini aydınlaşdırmaq üçün istintaq davam etdirilir. Bu ana olan məlumata görə, baş verənlərin düşmənin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”, - deyə nazirliyin məlumatında bildirilir.
Həmçinin oxuyun:
Millət vəkili: “Ermənistan sülh sazişi imzalamaqdan qaçmağa çalışır”
Xəbər lenti
0