CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın keçmiş prezidenti Azərbaycandadır

© Sputnik Stringer / Mediabanka keçidЭкс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива
Экс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
Ermənistandan gələnlər Amaras monastırını rusiyalı sülhməramlıların müşayiəti ilə ziyarət ediblər. Yalnız ötən həftə mindən çox erməni həmin monastırda olub.
 
BAKI, 14 avqust — Sputnik. Ermənistanın keçmiş prezidenti, parlamentin deputatı Serj Sarqsyan Azərbaycanın Xocavənd rayonunun Sos kəndinin ərazisindəki qədim alban monastırı olan Amarası ziyarət edib. Bu barədə Sputnik Ermənistan məlumat verir.
Sarqsyanı erməni separatçılarının keçmiş liderlərindən Bako Saakyan müşayiət edib.
Qeyd edək ki, onlar Amaras monastırını rusiyalı sülhməramlıların müşayiəti ilə ziyarət ediblər. Yalnız ötən həftə mindən çox erməni həmin monastırda olub.
Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.
Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Onun cəsədi burada sərdabədə dəfn edilib. Misal üçün, V əsr erməni tarixçisi Favstos Buzand alban katolikosu Müqəddəs Qriqorisin bu monastır ərazisində dəfn edilməsini qeyd edir.
Ermənilər isə, Dağlıq Qarabağdakı bütün alban abidələri kimi, Amaras monastırını da "qədim erməni məbədi" elan ediblər və bu mövzuda kütləvi təbliğat aparırlar.
Xocavəndin Sos kəndi 2020-ci ilin payızındakı Vətən müharibəsi zamanı azad edilməyərək ötən əsrin 90-cı illərində buranı işğal etmiş erməni separatçılarının nəzarəti altında qalıb.
Serj Sarqsyan öz siyasi fəaliyyətinə Azərbaycan ərazisində separatçı kimi başlayıb və sonradan Ermənistanda prezident (2008-2018) vəzifəsinədək yüksəlib, Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı qətliam törədənlərə rəhbərlik etməkdə günahlandırılır.
Qafqaz Albaniyası eramızdan əvvəl 4-cü əsrdən eramızın 8-ci əsrinədək Azərbaycanın Respublikasının və qismən də qonşu respublikaların ərazisində olmuş dövlətdir. Əsasını albanlar təşkil ediblər. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə olub.
Eləcə də oxuyun:
Qarabağ, sərhəd, sülhməramlılar:  həftənin əsas mövzuları
Ermənistan Tovuzu atəşə tutub
"Ermənistan sülh sazişi imzalamaq məcburiyyətində qalacaq"
Xəbər lenti
0