ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər

Aşkarlanan minaların sayı açıqlandı

378
(Yenilənib 15:33 09.08.2021)
Ötən həftə ərzində 180 piyadaəleyhinə mina aşkarlanıb. Bu müddətdə 3 tankəleyhinə mina və 112 partlamamış hərbi sürsat aşkarlanıb.

BAKI, 9 avqust — Sputnik. Azərbaycan Respubikasının Minatəmizləmə Agentliyi həftənin mina xəritəsini təqdim edib. ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən həftə ərzində 180 piyadaəleyhinə mina aşkarlanıb. Bu müddət ərzində əlavə olaraq 3 tankəleyhinə mina və 112 partlamamış hərbi sürsat da aşkar olunub. Ümumilikdə isə 1 273 934 kvadrat metr 127 ha ərazi təmizlənib.

© Azerbaijan National Agency for Mine Action
ANAMA tərəfindən işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Həmçinin oxuyun:

378
Teqlər:
mina, ANAMA, Azərbaycan, xəritə, Ermənistan, sursat

İƏT nümayəndə heyəti Şuşaya yola düşüb

91
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

91
Teqlər:
zərif cins, sosial
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın qərarını dəstəklədi

5409
(Yenilənib 18:11 15.09.2021)
Paşinyan hesab edir ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından Azərbaycan bu mexanizmi tətbiq edir.

BAKI, 15 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".

Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.

"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.

Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.

Sentyabrın 13-ü Dövlət Gömrük Komitəsi məlumat yayaraq Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra KİV-də yayılan məlumatlarla əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu Məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Həmçinin oxuyun: 

* Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar

DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib

5409
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

0
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

0