Ağdamda bərpa olunmuş ev

Hərəyə bir otaq da artıq: ermənilərin Ağdamda dağıtdığı evlər necə bərpa olunur

60
Tərtər və Gəncədən sonra Ağdam rayonu Vətən müharibəsi zamanı üçüncü ən çox zərər çəkmiş rayon kimi siyahıdadır. Hazırda orada bərpa işlərinin necə getdiyi barədə Sputnik Azərbaycan-ın reportajında.

BAKI, 7 iyul — Sputnik. Vətən müharibəsi zamanı ən çox ziyan görən rayonlardan biri də Ağdam idi. Burada da dinc əhalinin atəş altına alınması nəticəsində infrastruktura ciddi ziyan dəymişdi. Hazırda həmin obyektlərin tikinti, təmir və bərpası davam edir. Hazır olan evlərin isə açarları sahiblərinə təqdim olunub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonu ərazisində 20 tam dağıdılmış yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura komitəsinin nəzarəti altında yenidən tikilib. Bu gün Komitə sədrinin birinci müavini Namiq Hümbətov Ağdamın Xındrıstan və Təzəkənd qəsəbəsində yeni tikilmiş evlərin açarlarını sahiblərinə təqdim edib.

Ermənilərin artilleriya və raket zərbələri nəticəsində Ağdamın kəndlərində ümumilikdə 1560 zərər dəymiş tikili var. Minə yaxın tikilinin təmir-bərpası yekunlaşıb. Bu barədə jurnalistlərə açıqlamasında Namiq Hümbətov bildirib. O deyib ki, dağıdılmış 20 fərdi yaşayış evinin hər biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında yenidən tikilib, hazırda 8 evin tikintisi gedir, dağıdılmış beş qeyri-yaşayış obyektinin inşası sürətlə davam etdirilir.

© Sputnik / Emin Alisahib
Ağdamda bərpa olunmuş ev
“Dövlət Komissiyası tərəfindən 13 işçi qrupu olmaqla 11 rayon üzrə ezam olunub. Bütün obyektlərə baxış keçirilib, aktlar tərtib olunub. Zərər dəyən obyektlərin sayı, bu günə olan məlumata görə, 13 minə yaxınlaşıb. Bu rəqəmin özü də erməni vəhşiliyinin hansı dərəcədə olmasının bariz nümunəsidir. Bu obyektlərin təmir, tikinti və bərpası dövlət Şəhərsalma və Arxitektura Komistəsinə həvalə edilib. Biz bu təmir tikinti işləri ilə paralel zərər dəymiş obyektlərin fotoşəkillərin də arxivləşdirmişik. İndiyə kimi səkkiz mindən yuxarı obyektin 130 mindən çox video və fotoşəkilləri çəkilərək, arxivləşdirilib”.

Müsahibimiz onu da əlavə etdi ki, Tərtər və Gəncədən sonra Ağdam rayonu üçüncü ən çox zərər çəkmiş rayon kimi siyahıdadır. Burada 46 məntəqədə ümumilikdə 1600-ə yaxın obyektə zərər dəyib. Hazırda olduğumuz Təzəkənd qəsəbəsində 3 qəzalı ev və 100-ə yaxın təmir-bərpa işləri görülüb. “Xatırladım ki, qəzalı evlərin yerinə köhnə ölçülərindən bir az da artıq olaraq, 2, 3, 4 və 5 otaqlı eynitipli, müasir standartlara uyğun evlər tikilib və vətəndaşlara təhvil verilir. Bu tendensiya on bir rayonun on birində də eyni vaxtda gedir. Ümumilikdə işlərin 70 faizi artıq yekunlaşıb. Qalan hissənin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulur".

© Sputnik / Emin Alisahib
Ağdamda bərpa olunmuş ev

Yeni, müasir evlərlə təmin olunan ev sahibləri dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər. Xındırıstan kənd sakini Elnur İsmayılov deyib ki, Vətən müharibəsində evinə mərmi düşüb və nəticədə evi dağılıb. “Oktyabrın 8-də evimizə mərmi düşmüş, mənzilimiz tamamilə dağılmışdı. Çox sağ olsun Prezidentimiz, Ali Baş Komandanımız, bizə yeni, müasir mənzil inşa etdirdi. Gözəl evlərlə təmin elədi bizi. Əvvəlki evimiz 3 otaqlı idi. Bir mətbəxi vardı. İndi çox sağ olsun, 4 otaq, bir mətbəxlə təmin edib. Hər bir şərait də yaradılıb, sağ olsun”.

Ağdam rayon sakini Eldəniz Abdullayev isə 4 otaqlı evinin yerinə 5 otaqlı mənzilinin tikildiyini bildirib. “Sağ olsun ulu öndərin davamçısı İlham Əliyev! Bizi evlə təmin etdi. Çox sağ olsun, minnətdaram. İndi mənzilimiz daha da yaxşıdır. Əvvəlki evimiz 4 otaqlı idi. İndi tikilən yeni evimiz isə 5 otaqlıdır, içində hamam, mətbəx, hər bir şərait var. Çox sağ olsun dövlətimiz".

Erməni vandallığı nəticəsində mənzili ziyan görən Ağdam rayon sakini Talıb Bayramov isə öz evi ilə yanaşı,  oğlunun da yaşadığı mənzilin tanınmaz hala düşdüyünü və artıq onun da mənzilində təmir işlərinə başlanılacağını bildirib.

“Mərmi düşmüşdü evimlə tövlənin arasına. O vaxt biz burada deyildik. Gəldim ki, mərmi gəlib, düşüb bura. Heyvanlarımı məhv edib. Evimin bir hissəsin məhv edib. Çox zərər gördük. Oğlumun evi dağılmışdı. İndi onun bərpa işinə başlayacaqlar. Evimizi düzəldiblər. Göz qabağındadır. Baxırsınız, Allah prezidentimizin köməyi olsun! Allah onun dadına çatsın!”
© Sputnik / Emin Alisahib
Namiq Hümbətov - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Qeyd edək ki, bu günə qədər ümumilikdə 11 şəhər və rayon ərazisində 12000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb. Digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə sürətlə davam edir. 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.

Əhaliyə dövlət dəstəyi

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı iyulun 6-da dörd quruma maliyyə vəsaiti ayrılması ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlarla Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min), İqtisadiyyat Nazirliyinə 5 400 000 (beş milyon dörd yüz min), Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min), Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon - ümumilikdə 42 milyon manat vəsait ayrılıb.

Eləcə də oxuyun:

60
Teqlər:
Ağdam, Qarabağ, evlər, dağıntılar, bərpa, erməni vandalizmi

Qarabağın işğalı nəticəsində kənd təsərrüfatına dəymiş ziyan hesablanıb

2346
(Yenilənib 23:40 31.07.2021)
Müxtəlif ölkələri təmsil edən müstəqil mütəxəssislərdən ibarət qrup Qarabağın işğalının Azərbaycana vurduğu zərəri hesablayıb.

BAKI, 31 iyul - Sputnik. Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. Bu barədə iqtisadçı, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, müstəqil işçi qrupu ilkin hesablamalarını başa çatdırıb: "Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalarımızı başa çatdırdıq.

İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilrərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparılıb.

Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatınıb müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib".

Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. Bu rəqəmin müəyyənləşdirilməsi üçün beynəlxalq metodologiyadan istifadə olunub, 1985-2020 ilə qədər dövrü əhatə edən 35 illik məlumat bazası hazırlanıb və təhlil edilib.

İbadoğlu yaxın günlərdə təfsilatlı təqdimat olacağını deyib: "27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq.

İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, şəxsi və dövlət əmlakına və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə Qarabağın 30 ilə yaxın davam etmiş işğalının ölkəmizə vurmuş ziyanının hesablandığını dilə gətirib.

Həmçinin oxuyun:

İşğal nəticəsində Azərbaycana dəymiş ziyan

2346

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

17
(Yenilənib 13:12 31.07.2021)
Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

BAKI, 31 iyul - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 kvadratkilometr ərazinin fotoçəkilişləri aparılıb, 1:1000-1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrupun üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisəsinin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılıb, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Həmçinin oxuyun:

İtaliya mətbuatı: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Ekoloji terror: Təbiət abidəsi sayılan ağaclar məhv olunub

17
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi