Köndələnçay su anbarı

Qarabağda su mənbələrinin xəritəsi hazırlanır

61
(Yenilənib 10:12 29.06.2021)
İşğaldan azad olunmuş 14 çay, doqquz su anbarı mövcuddur ki, bu anbarlardan səmərəli istifadə üçün hazırda işlər görülməkdədir. Füzuli rayonu ərazisində görülən bərpa işləri haqda Sputnik Azərbahycan-ın materialında.

BAKI, 29 iyun — Sputnik. Qarabağ zəngin təbiətə mailk olmaqla bərabər, həm də bu torpaqda böyük çaylar mövcuddur. Torpağın altında belə su mənbələri var. Prezident İlham Əliyevin göstərişi ilə həmin ərazilərdə nə qədər su mənbəyinin olması araşdırılacaq. Gələcəkdə su qıtlığının yaşanmaması üçün bu bölgənin su mənbəyindən istifadə olunacaq. Hazırda isə mövcud çayların üzərində su anbarlarının qurulması və mövcud olan anbarların bərpası işləri görülür. Belə çaylardan biri də Köndələn çayıdır. Bu çayın üzərində hazırda 3 anbar mövcuddur.

Bu barədə Sputnik Azərbaycan-ın suallarını cavablandıran Meliorasiya Su Təsərrüffatı ASC–nin  Füzuli Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev bilidirib.

“1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar”. 
© Sputnik / Emin Alisahib
Köndələnçay su anbarı

Həmsöhbətimiz bildirir ki, Füzuli rayonu ərazisindən keçən Köndələnçayın üzərində qurulmuş və 1951-ci ildə istismara verilmiş Köndələnçay-1 su anbarının ümumi tutumu 2.1 milyon kubmetr, 1962-ci ildə istismara verilmiş Köndələnçay-2 su anbarının ümumi tutumu 2.9 milyon kubmetr, 1980-ci ildə istismara verilmiş Aşağı Köndələnçay su anbarı isə 9.5 milyon kubmetr su tutumuna malikdir.

“Üç ədəd su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır. Aşağı Köndələnçay su anbarı üçün isə əlavə qidalandırıcı mənbə olaraq, Köndələnçay ilə paralel gedən, mövsümü çay olan və Füzuli rayonun ərazisindən keçən Quruçayın üzərində qurulmuş, suburaxma qabiliyyəti saniyədə 20 kubmetr olan hidroqovşaq inşa edilib. Üç ədəd su anbarının ümumi tutumu 15.5 milyon kubmetrdir və 6200 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün nəzərdə tutulub”.

Qurumun rəsmisi bildirir ki, hazırda su anbarında təmir-bərpa işlərinin görülməsi üçün əngəl törədən minalar idi ki, bu ərazilər üzrədə mina təmizlənmə işləri də tam başa çatdırılıb.

Qeyd edək ki, bu ilin sonuna kimi təmir-bərpa işləri görülərək, su anbarının istismara yararlı hala gətirilməsi nəzərdə tutulub.

Azərbaycanın su ehtiyatları 

Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

Qarabağ bölgəsi içməli su hövzələrinin bolluğu ilə də fərqlənir. Dağ gölləri, bulaqlar, çaylarla yanaşı, burada kəhriz sistemi dövri-qədimdən məşhur olub.

Qarabağ regionunda olan kəhrizlər sularının gur olması və ekoloji baxımdan təmizliyi ilə digər bölgələrdəkindən fərqlənib. Qarabağda XIX əsrin axırlarında Əhməd bəy Cavanşirin kəhrizlərinin təsir zonasında 1100 hektar meyvə bağları və əkin sahələri suvarılıb. Ümumilikdə kəhrizlərin sayına görə Cəbrayıl rayonu bölgədə xüsusi ilə seçilib. Cəbrayılda Məhəmməd bəyin, Hüseyn ağanın və Çinar kəhrizlərinin suyu ilə buğda üyüdülən çoxsaylı su dəyirmanları işlədilib. 1991-ci ildə Cəbrayıl rayonu ərazisində 72 kəhriz işlək vəziyyətdə erməni işğalında qalıb. 1953-cü ildə ölkəmizin ərazisində 185 kəhriz işlək vəziyyətdə olub. Onların müəyyən hissəsi ermənilərin işğal etdikəri ərazilərdə yerləşib.

Eləcə də oxuyun:

  • Həyatı yerin altında axtaraq - içməli su barədə qorxunc proqnozlar gəlir
  • Mənbəyini Qarabağdan götürən çayların suyu hər gün yoxlanmalıdır - ekspertdən xəbərdarlıq

  •  

    Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq

61
Teqlər:
Qarabağ, su, mənbə, anbar, Füzuli
ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

20
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

20
Teqlər:
ATƏT-in Minsk Qrupu, Rusiya, həmsədr, İqor Popov
Флаги ОБСЕ

Atəşkəsin pozulmasına beynəlxalq reaksiyalar artır

9040
(Yenilənib 10:49 30.07.2021)
,
ATƏT-in Minsk Qrupu da Azərbaycan-Ermənistan sərhədindəki son günlər artan gərginliklə əlaqədar bəyanat yayıb.

BAKI, 29 iyul — Sputnik. ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin reaksiyası

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

9040
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib