QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Minasız Qarabağa Gedək" devizli aksiyaya start veriləcək

Tədbir - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Sosial platformanın imkanlarından istifadə edilərək #minasızQarabahaGedək #LetsgotoKarabakhwithoutmines həştəqləri ilə paylaşımlar edəcək, media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışacaqlar.

BAKI, 11 iyun — Sputnik. Bu gün Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, mətbuat konfransında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, idarə heyyətinin üzvləri Məcid Məmmədov, Məhəmməd Məhəmmədov və media nümayəndələri iştirak ediblər.

Tədbir Kəlbəcərin Susuzluq kəndi istiqamətində iyunun 4-də tank əleyhinə minaya düşərək şəhid olan Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyevin (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Birliyin rəsmiləri bildiriblər ki, bu sosial aksiyanı həyata keçirməkdə məqsəd erməni vandallarının addımlarını beynəlxalq ictimayyətin diqqətinə çatdırmaqla işğaldan azad edilmiş ərazilərimizə basdırılmış mina xəritəsinin Azərbaycana verilməsini tələb etməkdir.

1/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir
2/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir
3/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir
1/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir
2/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir
3/3
Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir

Qurumun rəsmiləri onu da bildiriblər ki, aksiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatlarını, ATƏT-in Minsk qrupunu, digər beynəlxalq təşkilatları Ermənistana beynəlxalq təyziqin göstərilməsinə səsləyəcəklər.

Daha sonra məlumat verilib ki, İctimai Birliyin könüllüləri maarifləndirici flayerlərin və azyaşlı sosial şəbəkə istifadəçilərinin bu aksiyada iştiraka diqqətini cəlb etmək üçün "Minasız Qarabağa gedək" şüarlı şarlar paylayacaqlar. Həmçinin sosial platformanın imkanlarından istifadə edilərək #minasızQarabahaGedək #LetsgotoKarabakhwithoutmines həştəqləri ilə paylaşımlar edəcək, media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışacaqlar.

Təşkilat rəsmiləri həmçinin bütün dünyanı erməni terrorunu pisləməyə, mina xəritələrinin Azərbaycan tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir.

Tədbir jurnalistlərin sualları ilə davam edib.

Xəbər lenti
0