Ağdamda yeni hərbi hissələrin açılışı

Ağdamda yeni hərbi hissələrin açılışı olub - FOTOLAR

132
(Yenilənib 19:05 02.06.2021)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli növbəti iki hərbi hissə istifadəyə verilib.

  • Ağdamda yeni hərbi hissələrin açılış mərasimi
    © AR Ministry of Defence
  • Ağdamda yeni hərbi hissələrin açılış mərasimi
    © AR Ministry of Defence
  • Ağdamda yeni hərbi hissələrdən birində yeməkxana
    © AR Ministry of Defence
  • Ağdamda yeni hərbi hissələrin açılışı
    © AR Ministry of Defence
  • Ağdamda yeni hərbi hissələrdən birində inzibati bina
    © AR Ministry of Defence
1 / 5
© AR Ministry of Defence
Ağdamda yeni hərbi hissələrin açılış mərasimi

Birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

132
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusunun kapitanı Kəlbəcərdə göldə boğulub - MN

281
Silahlı Qüvvələrimizin daha bir hərbi qulluqçusu işqaldan azad olunmuş ərazilərdə qeyri-döyüş şəraitində həyatını itirib.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Ordusunun zabiti göldə boğulub.

APA-nın məlumatına görə, kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, martın 30-də buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölüb.

281
Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu, 28 may 2021-ci il

Şoyqu erməni həmkarına zəng etdi Azərbaycanla sərhədə Rusiya sərhədçiləri gətirilir?

922
(Yenilənib 15:43 17.06.2021)
Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan – Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

BAKI, 17 iyun — Sputnik. Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Zəngəzur (Sünik) və Basarkeçər (Geğarkunik) vilayətlərində Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini dair fikir mübadiləsi aparıblar.

Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan etmişdi ki, Rusiya tərəfinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədindəki ərazidə və Zod – Xəzinavar yolunda dislokasiya ola biləcək yerlərə baxış keçiriblər.

Sərhəddə gərginlik

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

922
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

0
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

0