CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi Vətən müharibəsindən yeni kadrlar paylaşıb - VİDEO

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidУничтоженная техника ВС Армении, фото из архива
Уничтоженная техника ВС Армении, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Abunə olmaq
Ötən il sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalında olmuş ərazilərimiz geri qaytarılıb.

BAKI, 28 may - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Vətən müharibəsi zamanı düşmənin hərbi texnikasının məhv edilməsinin videogörüntülərini yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

44 gün çəkən müharibə 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyannamə ilə başa çatıb. 

Eləcə də oxuyun: 

  • Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub, əsgərimiz yaralanıb

  •  Ermənistan hökumətində yarpaq tökümü: bir-birinin ardınca ərizə yazdılar

  •  MN: "Erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?"

  •  "Ermənistan ağlını başına yığmasa, Azərbaycan sarsıdıcı cavab verəcək"

Xəbər lenti
0