Erməni hərbçisi, arxvix şəkli

Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı

5058
(Yenilənib 11:37 27.05.2021)
Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

BAKI, 27 may — Sputnik. Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd edərkən əsir götürülən erməni hərbçilərin adlarını açıqlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Qeyd olunur ki, bunlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır.

Qeyd edək ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda deyilir:

"Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Həmçinin oxuyun: 

Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir

* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN

* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır

5058
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

“Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq” - Hikmət Hacıyev

1514
(Yenilənib 21:34 13.06.2021)
Bakıda və Ankarada akkreditə olunmuş xarici diplomatlar iyunun 13-də Ağdam rayonuna səfər eləyiblər.

BAKI, 13 iyun - Sputnik. “Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev twitter səhifəsindəki paylaşımında yazıb.

Hikmət Hacıyev qeyd edib ki, xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir, “ağıllı” Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırlar:

“Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib.

1514

Xarici diplomatların Ağdama səfəri başa çatıb

1111
Xarici diplomatlar səfər çərçivəsində Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdikləri cinayətlərlə tanış olublar.

BAKI, 13 iyun — Sputnik. Bakıda akkreditə olunmuş xarici diplomatların Ağdama səfəri başa çatıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar. Diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Nümayəndə heyəti Şahbulaq qalasında olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

Diplomatlar Ağdam şəhərində yerləşən Cümə məscidində də olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
1 / 4
© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri

Vətən müharibəsi və Ağdamın azad olunması

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri gneişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Ağdamın mina xəritəsi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

1111
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0