Milli Məclisin binası, arxiv şəkli

Şuşa haqda bir qanun bəs etməyəcək?

2009
(Yenilənib 00:43 27.05.2021)
"Bu qanun layihəsi, əslində Şuşa şəhərinin qorunması məqsədilə cənab Prezidentin gələcəyə baxışıdır. Yəqin ki, qanun layihəsində göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin qəbuluna ehtiyac olacaq".

BAKI, 26 may — Sputnik. Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim edib. Deputat bildirib ki, bu tarixi qanun layihəsi birinci oxunuşda geniş müzakirə olunub. Deputatların birinci oxunuşda səsləndirdiyi təkliflər bu qanun qəbul edildikdən sonra onun tətbiqi ilə əlaqədar qəbul ediləcək sənədlərdə öz əksini tapacaq.

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hüquqi məsələləri ilə bağlı fikirlərini bölüşüb: "Bu qanunun ideya müəllifi cənab Prezident özüdür. Qanun layihəsi, əslində dövlət qoruğu haqqındadır və hüquqi qanunvericilik texnikasına uyğundur. Bu qanun layihəsi, əslində Şuşa şəhərinin qorunması məqsədilə cənab Prezidentin gələcəyə baxışıdır. Yəqin ki, qanun layihəsində göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin qəbuluna ehtiyac olacaq".

Onlayn iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsinin iqtisadi aspektləri, işləmə mexanizmləri barədə fikirlərini bildirib, qeyd və təkliflərini diqqətə çatdırıb.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunun tətbiqi zamanı qarşıya çıxacaq məsələlər, sakinlərin geri qayıtması, orada bələdiyyələrin fəaliyyəti barədə fikirlərini bildirib.

Müzakirələrin yekununda "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Eləcə də oxuyun:

 

2009
Teqlər:
müzakirə, Milli Məclis, qanun, Şuşa
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusunun kapitanı Kəlbəcərdə göldə boğulub - MN

282
Silahlı Qüvvələrimizin daha bir hərbi qulluqçusu işqaldan azad olunmuş ərazilərdə qeyri-döyüş şəraitində həyatını itirib.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Ordusunun zabiti göldə boğulub.

APA-nın məlumatına görə, kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, martın 30-də buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölüb.

282
Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu, 28 may 2021-ci il

Şoyqu erməni həmkarına zəng etdi Azərbaycanla sərhədə Rusiya sərhədçiləri gətirilir?

923
(Yenilənib 15:43 17.06.2021)
Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan – Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

BAKI, 17 iyun — Sputnik. Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Zəngəzur (Sünik) və Basarkeçər (Geğarkunik) vilayətlərində Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini dair fikir mübadiləsi aparıblar.

Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan etmişdi ki, Rusiya tərəfinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədindəki ərazidə və Zod – Xəzinavar yolunda dislokasiya ola biləcək yerlərə baxış keçiriblər.

Sərhəddə gərginlik

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

923
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran