Şuşa, arxiv şəkli

Şuşa şəhəri yeni status qazanacaq

66
Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

BAKI, 22 may — Sputnik. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsində yer alıb.

Sənədə əsasən, Şuşa şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə ediləcək.

Şuşa şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Quruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Eləcə də oxuyun:

* "Ermənilər keçmişdən danışır, biz isə gələcək haqqında düşünürük" - İlham Əliyev

* Mədəniyyət naziri illər sonra yenidən İsa bulağında – FOTO

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

66
Teqlər:
qoruq, Şuşa
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

“Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq” - Hikmət Hacıyev

1514
(Yenilənib 21:34 13.06.2021)
Bakıda və Ankarada akkreditə olunmuş xarici diplomatlar iyunun 13-də Ağdam rayonuna səfər eləyiblər.

BAKI, 13 iyun - Sputnik. “Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev twitter səhifəsindəki paylaşımında yazıb.

Hikmət Hacıyev qeyd edib ki, xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir, “ağıllı” Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırlar:

“Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib.

1514

Xarici diplomatların Ağdama səfəri başa çatıb

1111
Xarici diplomatlar səfər çərçivəsində Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdikləri cinayətlərlə tanış olublar.

BAKI, 13 iyun — Sputnik. Bakıda akkreditə olunmuş xarici diplomatların Ağdama səfəri başa çatıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar. Diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Nümayəndə heyəti Şahbulaq qalasında olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

Diplomatlar Ağdam şəhərində yerləşən Cümə məscidində də olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
  • Xarici diplomatların Ağdam səfəri
    © Photo : TREND
1 / 4
© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri

Vətən müharibəsi və Ağdamın azad olunması

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri gneişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Ağdamın mina xəritəsi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

1111
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:08 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0