CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir hərbçimizin şəhidlik xəbəri gəldi

© AFP 2023Военнослужающие ВС Азербайджана, фото из архива
Военнослужающие ВС Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
İtkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılıb.

BAKI, 19 may — Sputnik. Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Sputnik Azərbaycan-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər görülür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Eləcə də oxuyun: 

* Şəhidin xanımı: Atasını büküb gətirdikləri bayrağa, övladımı bükürəm ki, ətri hopsun

Son gülləsinədək döyüşən şəhid - bu gün onun günüdür

Dinc dövrdə həlak olan hərbçimiz torpağa tapşırıldı

 

Xəbər lenti
0