CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsi şəhidinin nəşi ailəsinə təhvil verilib - FOTO

© Sputnik / Rahim MuradovƏbülfəz Rəhmətovun dəfn mərasimi
Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Yeddi aydan sonra nəşi tapılan şəhid zabitimiz günorta saatlarında dəfn olunması üçün doğma kəndinə gətirilib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Sputnik Azərbaycan-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

"İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik," - məlumatda bildirilib.

© Sputnik / Rahim Muradov
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan
1/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
© Sputnik / Rahim Muradov
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan
2/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
© Sputnik / Rahim Muradov
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan
3/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
© Sputnik / Rahim Muradov
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan
4/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
© Sputnik / Rahim Muradov
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi - Sputnik Azərbaycan
5/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
1/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
2/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
3/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
4/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi
5/5
Şəhid Əbülfəz Rəhmətovun dəfn mərasimi

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini, 1989-cı il təvəllüdlü kapitan Əbülfəz Rəhmətovun nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, şəhid zabitimiz günorta saatlarında dəfn olunması üçün doğma kəndinə gətirilib. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də mərhumun doğmaları iştirak edirlər. Qeyd edək ki, Ə.Rəhmətov ailəli idi, iki övladı var. Allah rəhmət eləsin!

Xəbər lenti
0