QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Makron və Putinin Qarabağ planları - Azərbaycan niyyətindən geri dönməyəcək

© Sputnik / Alexei DruzhininПрезидент РФ Владимир Путин и президент Франции Эммануэль Макрон
Президент РФ Владимир Путин и президент Франции Эммануэль Макрон  - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Rusiya tərəfi bu gün sülhməramlıların timsalında regionda təmsil olunur. Fransa haqqında isə çox düşünməyə dəyməz.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. İkinci Vətən müharibəsinin başa çatmasından 6 aya yaxın bir zaman keçir. Ötən bu zaman ərzində  Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi iştirak edən ölkələrin təşəbbüskarlıq niyyətləri isə yenidən gündəmə gəlib. 

Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertləri Bakıda - Sputnik Azərbaycan, 1920, 03.05.2021
VİDEO
Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertlər
Münaqişənin davam etdiyi 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən münaqişənin sülh yolu ilə və ədalətli həllinə nail olunmaması son nəticədə Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün hərbi yolla bərpası ilə nəticələndi. Həmsədr ölkələr isə postmüharibə dövründə özləri üçün yeni rol qazanmaq niyyətindədirlər. Məsələn, Fransanın Ermənistandakı səfiri Conatan Lakott erməni mətbuatına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər. Konkret təşəbbüslərin nə olacağı isə maraqla gözlənilir.

Sputnik Azərbaycan postmüharibə dövründə artan təşəbbüskarlıq niyyətlərinin səbəblərini araşdırıb. Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Ramiyə Məmmədova deyib ki, iki ölkə də Qarabağ məsələsi ətrafında danışıqların getdiyini bildirir, ancaq müzakirələrlə bağlı rəsmi açıqlamalarda fərqli fikirlər ifadə olunur:

“Bununla belə, Rusiya rəsmi Fransadan gələn açıqlamaları təkzib etməyib. Bu da onu deməyə əsas verir ki, bu iki ölkə arasında hər hansı bir sövdələşmə ola bilər. Belə görünür ki, Minsk qrupunun həmsədr ölkələri yenidən aktivləşməklə sülh müqaviləsinə qədərki proseslərdə rollarını artırmaq istəyirlər. Lakin Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə Minsk qrupunun fəaliyyətindən narazı olduğunu bildirdi.

Rusiyanın regionda gedən proseslərdə fəal iştirakçı olması isə qərb dövlətləri tərəfindən rahatlıqla qəbul edilmir. Buna görə də Fransa Minsk qrupunun fəaliyyətini genişləndirmək üçün danışıqlar aparır. Proses bu cür davam etsə, ABŞ tərəfindən də müəyyən addımların atılacağını ehtimal edirəm. Rusiya tərəfi bu gün sülhməramlıların timsalında regionda təmsil olunur. Fransa haqqında isə çox düşünməyə dəyməz. Bu ölkə birmənalı şəkildə ermənipərəst mövqeyi ilə seçilir. Tərəflərin təşəbbüslərlə bağlı səsləndirdiyi fikirlər isə humanitar yardımlarla və əsirlərlə bağlı ola bilər”.

Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
QARABAĞ
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun cinayət işi məhkəməyə göndərilib

Politoloq bildirib ki, həmsədr ölkələr hansısa təşəbbüskarlıq etmək istəyirlərsə, ilk növbədə iki ölkə arasında etimad körpüsünün qurulmasını təmin etməlidirlər: “Qarabağ məsələsi ətrafında gedən proseslərin sülh sazişi ilə nəticələnməsini həmsədr ölkələr təmin edə bilərlər. Azərbaycan Qarabağ boyunca irəliləyir. Minsk qrupu ölkələri erməni silahlılarının burada mövcudluğunu təmin etmək üçün qərarlı olsalar da, Azərbaycan niyyətindən geri dönməyəcək. Rusiya bu məsələdəki yanaşma ilə göstərir ki, o nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir. Bu gün Azərbaycan Rusiya üçün vacib iqtisadi tərəfdaşdır. Xüsusən də Zəngəzur dəhlizinin açılması Rusiyanın iqtisadi maraqlarına cavab verir. Fransaya gəldikdə isə, bu ölkənin siyasətini ədalət prinsipi ilə qurmasına ehtiyacı var. Fransanın siyasəti başdan-başa erməni lobbisinin təsiri altındadır. O baxımdan, Fransanın hansısa təşəbbüslərinin təsir gücü aşağı olacaq. Bu gün həmsədr ölkələr hamılıqla reallığı qəbul edərək Azərbaycana dəstək verməyə başlayıblar. Azərbaycanın yaratdığı reallıqlar hər kəsi onun mövqeyini tanımağa vadar edir. Bu gün həm də bu regionda Rusiya və qərb mövqelərinin toqquşması baş verir. Rusiyanın Qafqazda real gücünü qoruması Qərbi narahat etməyə bilməzdi”. 

Xəbər lenti
0