Lalə, arxiv şəkli

Cəbrayılda lalələr çəməni bəzədi - VİDEO

41
(Yenilənib 14:45 01.05.2021)
Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salındığı üçün belə adlandırılıb.

BAKI, 1 may - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Qalacıq kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal olunan Qalacıq kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da düşmən tapdağından azad ediblər. 

Qeyd edək ki, Azərbaycanın bir neçə rayonunda Qalacıq adlı kənd var. Cəbrayılın Qalacıq kəndi rayonun Hovuslu inzibati ərazi vahidinə daxildir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olub. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salındığı üçün belə adlandırılıb.

41
Teqlər:
Qarabağ, Azərbaycan Müdafiə Nazirliyi, Qalacıq kəndi, video, kənd, Cəbrayıl
“ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

18
(Yenilənib 19:20 16.05.2021)
Dubayda pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

BAKI, 16 may — Sputnik. Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən "ATM 2021" (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu qeyd edib.

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
  • “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend
    © Photo: Azerbaijan Tourism Board
1 / 4
© Photo: Azerbaijan Tourism Board
“ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycana aid stend

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Eləcə də oxuyun: 

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev

Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

Şuşa məscidi öz orijinallığı və memarlıq üslubu ilə görənləri heyrətə gətirəcək - FOTOLAR

Şuşa məscidi və Xudafərin körpüsü Goranboya "gətirildi"

 

18
Teqlər:
Dubay, sərgi, turizm, Şuşa
Rusiya sülhməramlıları Laçında

Rusiya sülhməramlıları Qarabağda apardıqları əməliyyatlar barədə hesabat verdilər

17
(Yenilənib 12:28 16.05.2021)
"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 2121 hektar ərazi, təxminən 657,3 kilometr yol təmizlənib".

BAKI, 16 may — Sputnik. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Qarabağda 2121 hektar ərazini minadan təmizləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 2121 hektar ərazi, təxminən 657,3 kilometr yol, 1844 yaşayış binası təmizlənib. Ümumilikdə 25 mindən çox partlayıcı maddə aşkarlanıb", – deyə məlumatda qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, Qarabağda atəşkəsə tam əməl olunur.

Qarabağda atəşkəs

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun: 

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

"Biz Azərbaycan tərəfinə Rusiya sülhməramlılarına verdikləri dəstəyə görə minnətdarıq"

Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri başqası ilə əvəz olunacaq - İddia

17
Teqlər:
mina, Azərbaycan, Qarabağ, rus, sülhməramlı
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Bakı Baş Gömrük İdarəsində əməliyyat - saxlanılanlar var

2
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

BAKI, 17 may - Sputnik. Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı "Report" yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

* Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

* Dörd məktəb direktoru işdən çıxarıldı

* Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

 

2
Teqlər:
Baş Prokurorluq, rüşvət, saxlanılma, əməliyyat, Bakı Baş Gömrük İdarəsi