Sabiq səfir: Türkiyə Şuşada konsulluq açacaq

40
(Yenilənib 12:06 01.05.2021)
"Ermənilər sərhəddə yenidən təxribat törədərlərsə, onlar üçün heç yaxşı olmayacaq, Azərbaycan bunu qarşılıqsız qoymayacaq" - Hulusi Kılıç.

BAKI, 1 may - Sputnik. Türkiyə Qarabağda konsulluq açmağı planlaşdırır.
Sputnik Azərbaycan bildirir ki, bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. 

"Ermənilər aprelin 21-də Zəngilan və Qubadlı ilə sərhəddə atəşkəsi pozduqları kimi təxribatlarına yenə davam edərlərsə, əlbəttə ki, Azərbaycanımız adekvat cavab verərək özünü müdafiə edəcək", - deyən diplomat bildirib ki, ermənilər təxribat əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edə bilər.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç
© Sputnik / Murad Orujov
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç

"Ermənilər sərhəddə yenidən təxribat törədərlərsə, onlar üçün heç yaxşı olmayacaq, Azərbaycan bunu qarşılıqsız qoymayacaq. Çünki Azərbaycanımız haqqını, hüququnu qorumaq istəyir. Yəni erməni əsgərlərinin bu cür teraktlar törədib, təxribatyönlü davranış sərgiləməkləri qəbul edilə bilməz. Bunun cavabdehliyini, təbii ki, Rusiya hökumətinin üzərinə götürməsi, onların buna diqqət etməsi lazımdır ki, bir daha belə hadisələr təkrarlanmasın. Bu, rus sülhməramlılarının vəzifəsidir. Onlar vəzifələrinin öhdəsindən gələrlərsə, imiclərini qoruyarlar. Bunu etməzlərsə, insanlarda güvənsizlik yaranar və deyərlər ki, bunlar sülhməramlı yox, başqa missiya üçün bölgədə fəaliyyət göstərirlər. Biz istəyirik ki, 10 noyabr bəyanatına əməl edilsin. İnşallah, düşünürəm ki, bir də belə şeylər olmaz. 

Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə təmaslarını davam etdirəcək. Bu terror əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edər. Rusiya dövlət başçısı Vladimir Putin də Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasını istəyir. 11 yanvar bəyanatına əsasən, baş nazirlərin müavinlərinin iştirakı ilə toplantılar da bunun üçün nəzərdə tutuldu. Tez bir zamanda 11 yanvar bəyanatının müddəalarının yerinə yetirilməsi ilə yavaş-yavaş sülh müqaviləsini imzalamağa doğru getmək lazımdır. 

Bir xoş xəbər də verim, Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq", - Hulusi Kılıç bildirib.

40
Teqlər:
konsulluq, Türkiyə, Azərbaycan, Qarabağ, Şuşa
Erməni hərbçiləri, arxiv şəkli

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

10
(Yenilənib 15:10 07.05.2021)
Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir.

 

BAKI, 7 may — Sputnik. "Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Vurğulanır ki, bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

10
Dövlət Bayrağı meydanı

Rəsmi Bakıdan Fransa Kanadaya sərt xəbərdarlıq

31
Ermənistanın 1991-94-cü illər müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

BAKI, 7 may — Sputnik. "Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib.

XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb:

"Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq".

31
Teqlər:
xəbərdarlıq, Azərbaycan, XİN, Kanada, Fransa, Ermənistan
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

0
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər