Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Paşinyan Qarabağda ölən erməni hərbçilərin sayını açıqladı

37
(Yenilənib 18:36 14.04.2021)
"Yüz nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib, lakin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edirlər və bu insanların narahatlıqlarını anlamaq olar".

BAKI, 14 aprel — Sputnik. Bu günə qədər Qarabağ müharibəsi zamanı həlak olanların təsdiqlənmiş sayı 3621 nəfərdir. Sputnik Ermənistan xəbər verir ki, parlamentdə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan vurğulayıb ki, söhbət sənədləşdirilmiş ölüm hallarından gedir.

"İtkin düşən şəxslərin sayı 321 nəfərdir. Bundan əlavə, daha 201 nəfərin qalıqları DNT testi mərhələsindədir. Yüz nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib, lakin yaxınları araşdırmanın nəticələrini qəbul etməkdən imtina edirlər və bu insanların narahatlıqlarını anlamaq olar. Onlar inanırlar ki, uşaqları sağdır, onlar əsirdirlər və hələ geri qayıdacaqlar", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, DNT analizinin nəticələrinə inanmayan ailələr var. Onlar öz vəsaitləri hesabına xaricdə analiz elətdirmək istəyirlər, dövlət də öz tərəfindən buna yardım etməyə hazır olduğunu bildirib. Paşinyan ehtimal edib ki, bu göstəricilərdə əhəmiyyətli dəyişikliklər baş verməyəcək və ümumilikdə ölənlərin sayı 4000-5000 olacaq.

37
Teqlər:
Azərbaycan, Qarabağ, hərbçi, cəsəd, Ermənistan
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

16
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

16
Erməni hərbçiləri, arxiv şəkli

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

19
(Yenilənib 15:10 07.05.2021)
Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir.

 

BAKI, 7 may — Sputnik. "Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Vurğulanır ki, bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

19
Min bir gecə baleti, arxiv şəkli

"Min bir gecə" baleti beynəlxalq festivalda

0
(Yenilənib 23:11 07.05.2021)
Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

BAKI, 7 may — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti mayın 13-dən iyunun 2-dək Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Rudolf Nureyev adına 36-cı Beynəlxalq klassik balet festivalında nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində reallaşacaq festival Rusiyanın Əməkdar incəsənət xadimi, həmvətənimiz Eldar Əliyevin xoreoqrafik quruluşunda Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) "Min bir gecə" tamaşası ilə açılacaq. Balet mayın 13 və 14-də göstəriləcək. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Eldar Əliyevin quruluşunda "Min bir gecə" baletinin premyerası 2020-ci ilin avqustunda olub.

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festival 1987-ci ildən keçirilir.

0