Ermənilər Şuşadakı rus kilsəsini erməni kilsəsi kimi təqdim ediblər

424
(Yenilənib 00:10 25.03.2021)
Qarabağda, xüsusən də Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib - Tural Gəncəliyev.

BAKI, 24 mart - Sputnik. Ermənistan tərəfi Qarabağda rus icması adından istifadə edərək təxribat xarakterli məlumatlar yayır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

O qeyd edib ki, ermənilər guya Qarabağda rus icmasına və etnik rusların yaşadığı ərazilərdə guya rus mirasının dağıdılması ilə bağlı təxribat xarakterli məlumatlar yayaraq insanları aldatmağa çalışırlar:

"Mən Xankəndi şəhərindən olan millət vəkili kimi bununla bağlı fikrimi bildirərək demək istəyirəm ki, erməni tərəfinin yaydığı bu məlumat tamamilə qəbuledilməzdir və bütün doğru məlumatlara əks olaraq dünya ictimaiyyətini aldatmağa yönəlib. Çünki biz Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində şahidi olmuşuq ki, nəinki Azərbaycan xalqına məxsus tarixi abidələr məhv edilib, eyni zamanda Qarabağda yaşamış etnik qruplara, xüsusilə də rus icmasına məxsus abidələr də dağıdılıb".

Gəncəliyevin sözlərinə görə, xüsusilə Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib. Şuşa şəhərində məşhur rus kilsəsi ermənilər tərəfindən tamamilə dəyişdirilib və erməni kilsəsi kimi təqdim edilib.

"İşğal faktı başa çatdıqdan sonra hamı gördü ki, ermənilər Azərbaycana qarşı, irsimizə, mirasımıza, multikultural dəyərlərimizə qarşı hansı vəhşilikləri edib. Bundan təşvişə düşən ermənilər özlərinin törətmiş olduğu beynəlxalq və mədəni cinayətləri ört-basdır etmək üçün belə təxribat xarakterli məlumatlar yayırlar. Guya rus icmasının Qarabağda hansısa təsirə məruz qaldığını, ruslara məxsus hansısa  abidələrin dağıdılmasını qabardırlar. Halbuki, vaxtilə rus icmasına, rus irsinə məxsus tarixi abidələri, kilsələri dağıdanlar elə ermənilərin özləri və onların havadarları olub", - Gəncəliyev deyib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri beynəlxalq təşkilatlara müraciət edərək bu məsələlərdə onları aktiv olmağa çağırıb:

"Mən bir daha Xankəndi deputatı olaraq beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara, xüsusilə də bu məsələlərdə ixtisaslaşmış UNESCO kimi təşkilata müraciət edərək bildirmək istəyirəm ki, onlar bu saxtakarlığa göz yummasınlar. Ermənilərin rus icmasının və etnik rus icmasına məxsus abidələrin öz əllərində təxribat xarakterli məsələlərdə silah kimi istifadə etmələrinə imkan verməsinlər və bunun qarşısını almaq üçün Ermənistan tərəfinə çağırış etsinlər".

424
Partlayış, arxiv şəkli

Torpaq çəkir, tale oynayır: Hər addımı ölüm olan ziyarət - FOTO

328
(Yenilənib 21:52 10.04.2021)
İşğaldan azad olunan rayonların sakinləri 30 ilə yaxındır, köçkün düşdükləri torpaqlara getmək üçün tələsirlər. Amma unutmaq olmaz ki, ermənilər ərazilərimizin hər addımında ölüm təhlükəsi yaradıblar.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Heyvanlarını otarmaq üçün örüşə aparmışdı. Ancaq mina partlayışı onun bir ayağını itirməsinə səbəb oldu. Söhbət Tərtər rayon Borsunlu kənd sakini 45 yaşlı Niyaməddin Verdiyevdən gedir. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə mütəmadi olaraq heyvan otaran Niyaməddin Verdiyev bir gün Ermənistan ordusunun basdırdığı piyada əleyhinə minaya düşür. 

Hadisə zamanı xəsarət alan Niyaməddin yaxınlarına zəng edir və onu ərazidən çıxarırlar. Xəstəxanaya yerləşdirilən Niyaməddin Verdiyevin sağ ayağı amputasiya edilir: “Fevralın 22-də,  axşamüstü haradasa saat 5-in  yarısı idi.  Heyvan otarırdım. Minaya düşdüm. Zəng elədim, maşınla gəldilər.  Məni həmin ərazidən çıxartdılar, götürüb, gətirdilər Bərdə xəstəxanasına”.

Sputnik Azərbaycan-ın həmsöhbəti deyir ki, Ermənistan silahlı qüvvələri bilərəkdən həmin əraziləri minalar və digər döyüş sursatları ilə çirkləndirib. Səbəb isə mülki əhalinin bundan ziyan çəkməsidir. Hazırda vəziyyətinin yaxşı olmadığını, müalicəsinin davam etdiyini deyən müsahibim insanları işğaldan azad edilən ərazilərə icazəsiz səfər etməməyə çağırır. Çünki sürpriz minaların partlayışı ağır nəticələrə, bəzən də insan ölümünə səbəb olur. “Mən bütün insanlara, xüsusən orada doğulub, boya-başa çatan şəxslərə üzümü tutub, deyirəm. Təhlükəlidir, onu elə basdırırlar ki, düşünmürsən ki, həmin ərazidə mina olar. Necə basdırıblarsa, görünmür. Elə bil, adi yerdir. Heç qazılmayıb, bura nəsə basdırılmayıb. Ayağını qoyursan, həmin dəqiqədə partlayır. Mən oraya getmək istəyən şəxslərdən xahiş edirəm ki, məni görürlər, ayağım yoxdur. Gözlərinin qabağındayam. Kim istəyər belə olsun? Xahiş edirəm, tələsməyin, getməyin”.

© Sputnik / Emin Alisahib
Niyaməddin Verdiyev

Ağdamda məskunlaşan Hüseynovlar ailəsi də minadan zərər çəkib. Rayonun Əfətli kəndində yaşayan ailə İlaxır çərşənbə günü işğaldan azad edilən Yusifcanlı kəndində doğmalarının məzarını ziyarət etməyə gediblər. Qəbristanlığa icazəsiz səfər edən ailə üzvündən 4 nəfər və bir nəfər qonşu minaya düşüb. Nəticədə 2 nəfər həyatını itirib, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

“Məcburi köçkün olduğumuz üçün Ağdam rayon Əfətli kəndində yaşayırıq. Qardaşlarım Razi və Bayram nənəmlə babamın qəbrin ziyarət etməyə gediblər. Elə hadisə də o zaman baş verdi. Əvvəlcə qardaşlarım minaya düşdülər. Atam Akif, mən, bir də qonşumuz Bəhruz  onlara kömək məqsədilə getdik, biz də minaya düşdük. İki qardaşım həyatını itirdi. Atamla mən də ciddi xəsarət aldıq. Bizimlə gedən qonşumuz da üz nahiyəsindən xəsarət aldı”.

Hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə alan Anar Hüseynovun bir ayağı hadisədən sonra amputasiya edilib. “Vətəndaşlara deyəcəyim odur ki, heç kim həmin ərazilərə getməsin. Çünki nəticəsi çox pis olacaq. Mənfur düşmənlərimizin basdırdığı minaları ANAMA-nın əməkdaşları təmizləyirlər. İmkan verək ki, bu prosesi rahat həyata keçirsinlər. Daha sonra ziyarətgaha getmək məsləhət olunacaq və biz də gedəcəyik. Kim əgər tələsib, o ərazilərə getmək istəsə, məni və ailəmi gözünün qarşısına alsın”.

© Sputnik / Emin Alisahib
Anar Hüseynov

Düşdüyü vəziyyətdən çox böyük peşmanlıq duyan Anar deyir ki, düşünmədən atdığı bu addımın ömrü boyu ağrı -acısını çəkəcək. İki qardaş itkisi, bir tərəfdən də öz sağlamlığını itirməsi sağalmaz bir yaradır. O, insanları belə bir səhv etməməyə çağırır. Çünki düşmən hər qarışı minalarla çirkləndirib.

“1 metr enində, 40 metr uzunluğunda olan ərazidən 47 ədəd bir, 38 ədəd bir, 9 ədəd mina da bir çıxartdılar. Yəni minalar görünən yerdə də deyil ki, hiss edəsən. Adi torpaqdır, sanki...”

Qeyd edək ki, Vətən müharibəsindən sonra 40 nəfərədək mülki şəxs minaya düşüb. Onlardan bəziləri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Bu gün ayağı amputasiya edilib, ömürlük əlil qalanlar da var. Odur ki, gəlin tələsməyək. Oralar bizim dədə-baba torpaqlarımızdır. Gec-tez görəcəyik. Əsas odur ki, bu gün yağı tərəfindən talan və  viran edilən yurdumuz artıq Azərbaycan əsgərlərinin nəzarətindədir. Qarabağ bizimdir, ancaq oraya getmək üçün tələsməyək. Tələskənliyimiz  bizi doğma yurda yox, ölümə aparır. 

328
Teqlər:
mülki əhali, qəbristanlıq, ziyarət, mina, işğaldan azad edilmiş ərazilər, Qarabağ
Füzulidə yolda Azərbaycan polisi, arxiv .'kli

Polisə xəsarət yetirib azad olmuş ərazilərə keçmək istədilər

19
(Yenilənib 14:15 10.04.2021)
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub.

BAKI, 10 aprel — Sputnik. Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən "VAZ-2106" markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda "saxla" işarəsi verilib.

Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub.

Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyənləşib.

Hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

19
Teqlər:
saxlanılma, post, Füzuli, işğaldan azad edilmiş ərazilər
Valetta şəhərinə mənzərə, arxiv şəkli

Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək

0
(Yenilənib 23:13 10.04.2021)
"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt hotellər arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

BAKI, 11 aprel — Sputnik. Malta hakimiyyəti ölkədə turizm sahəsini inkişaf etdirmək məqsədilə turistlərə 200 avro pul ödəyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Turizm Nazirliyinə istinadla xəbər yayıb. Nazir Kleyton Bartolo bildirib ki, Maltaya gələn əcnəbi turistlər bu pulu yalnız bir şərtlə ala biləcəklər: ölkədə ən az üç gün qalmaqla. Bunun üçün birbaşa yerli hotellərin vasitəsilə otaq bronlaşdırmaq tələb olunur. Bu şərtlərə əməl edənlərə beş ulduzlu hotellər 200, dörd ulduzlular 150, üç ulduzlular isə 100 avro ödəyəcəklər.

Malta arxipelaqındakı Qozo adasındakı hotellərdən nömrə götürənlərə ödənəcək vəsaitin məbləği isə 10 faiz artıq olacaq.

"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt Malta hotelləri arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

Malta hakimiyyəti ölkəyə 35 min turistin gələcəyini gözləyir.

"Reuters"in məlumatına görə, Avropa İttifaqında koronavirusdan ən yüksək vaksinasiya səviyyəsi Maltadadır. Bu ölkədə COVID-19-a yeni yoluxma halı kəskin şəkildə azalıb. Malta hökuməti gediş-gəlişi asanlaşdırmaq üçün Aİ-ni peyvənd pasportu tətbiq etməyə çağırıb.

0
Teqlər:
Avropa, Malta, ödəmə, avro, turist