QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident və Birinci vitse-prezident məşhur Daşaltı kəndində olublar - VİDEO

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев и первая леди Мехрибан Алиева побывали в Губадлинском и Зангиланском районах
Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева побывали в Губадлинском и Зангиланском районах - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instaqram səhifəsində paylaşıb.

BAKI, 17 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:

“Daşaltı kəndi də işğaldan azad eidlib. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qəth edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Instaqram səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Xəbər lenti
0