QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Viran edilmiş yurda səfər: Prezident köməkçisi KİV və QHT nümayəndələrini Qarabağa aparıb

© Sputnik / Emin AlisahibAğdam dram teatrı
Ağdam dram teatrı - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər. Onları Azərbaycan Prezidentinin köməkçisi -

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Əvvəlcə Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanışlıq olub. Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov görülən işlərlə bağlı səfər edənlərə məlumat verib.

1/5
2/5
Ağdamada məzarlar
3/5
4/5
5/5
1/5
2/5
Ağdamada məzarlar
3/5
4/5
5/5

O bildirib ki, Agentlik tərəfindən 1 aydan artıq vaxt ərzində minatəmizləmə əməliyyatlarına başlanılıb. Bu günədək 37 min 400 kvdartmetr ərazi yoxlanılıb:

"Hazırda Bərdə-Ağdam dəmiryolu xəttindəyik. Uzunluğu 25 km, eni isə 40 metrdir. Bu günə kimi 2 km-ə yaxın, ümumi götürsək, 37400 kv. metr ərazi yoxlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina və 2 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirlərimiz hazırda da davam edir. Bu günə kimi ərazidən 2 xətt boyunca piyada əleyhinə mina, 1 xətt boyunca tank əleyhinə mina aşkar edilib. Ərazi partlamamış hərbi sursatlar və minalarla çirklənib. Əvvəlki təmas xəttidir. Bu gün də aparılan əməliyyat zamanı 3 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina aşkar edilib. Həmin tapıntıların ərazidə partlayış yolu ilə zərərsizləşdirilməsi həyata keçiriləcək”.

© Sputnik / Emin AlisahibAğdama medianın səfəri
Viran edilmiş yurda səfər: Prezident köməkçisi KİV və QHT nümayəndələrini Qarabağa aparıb - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Ağdama medianın səfəri

Daha sonra səfər iştirakçıları ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Ağdama səfər edən media rəhbərləri və sosial media aktivistləri Uzundərədə 1991-ci ildə salınmış I Şəhidlər xiyabanını ziyarət ediblər. İşğal edilmiş bütün ərazilərdə olduğu kimi, buradakı xiyaban da tamamilə dağıdılıb.

Səfər iştirakçıları daha sonra Qarabağ xanlarının abidələr kompleksinə, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionuna baş çəkiblər. Onlar həmçinin Ağdamın Şəhidlər xiyabanını da ziyarət ediblər.  I Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Səfər iştirakçıları Milli Qəhrəmanın da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

© Sputnik / Emin AlisahibAğdama medianın səfəri
Viran edilmiş yurda səfər: Prezident köməkçisi KİV və QHT nümayəndələrini Qarabağa aparıb - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Ağdama medianın səfəri

Daha sonra jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər. Səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər.

Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.  Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Hazırda səfər davam edir.

Xəbər lenti
0