QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə şəhərcikliklər salındı

© AP Photo / Sergei GritsРоссийские миротворцы в Карабахе, фото из архива
Российские миротворцы в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.

BAKI, 1 mart — Sputnik. Maddi-texniki təminat üzrə mütəxəssislər Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün daha dörd blok-modul şəhərciyi salıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərciklər Xankəndi və Xocavənd rayonu ərazilərində salınıb.

© Photo : Ministry of Defence of the Russian FederationQarabağda Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərcik
Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə şəhərcikliklər salındı - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Qarabağda Rusiya sülhməramlı kontingenti üçün salınan şəhərcik

Xatırladaq ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salınan səkkizinci belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.

Xəbər lenti
0