Rusiyanın Qarabağa göndərdiyi yardımın məbləği açıqlandı

23
(Yenilənib 11:37 23.02.2021)
Rusiya FHN-in humanitar yardım karvanı bu gün Yerevan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

BAKI, 23 fevral — Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün Yerevan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir:

“Altı yük dolu avtomobil və onları müşayiət edən iki avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”.

Qorelov əlavə edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.

23
Teqlər:
Rusiya XİN, Xankəndi, Fövqəladə Hallar Nazirliyi
Yük maşınları, arxiv şəkli

Kommunikasiyaların açılması regiona yeni perspektiv vəd edir

16
(Yenilənib 18:06 24.02.2021)
Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik.  Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpüdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallıqlar müzakirə edilib. Tədbirin Azərbaycan tərəfindən qonağı UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov bildirib ki, bu bəyanat uzun illərdir regionda iqtisadi əməkdaşlığın tormozlanmasına səbəb olmuş problemlərin aradan qalxması ilə yeni reallıqlar yaradıb:

“Təsadüfi deyil ki, münaqişənin ortaya çıxması tək Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, eyni zamanda regional proseslərin inkişafına mənfi təsirini göstərdi. Uzun illər münaqişənin həllolunmaz qalması region ölkələrinin inkişaf prosesinin ləngiməsinə, bəzi hallarda dayanmasına gətirib çıxardı”.
© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

Onun sözlərinə görə, üçtərəfli bəyanatda vurğulanan kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəalar tək keçmiş münaqişə tərəflərinin deyil, eyni zamanda bölgənin dinamik iqtisadi inkişafına əvəzsiz töhfə verəcək: “Münaqişənin davam etdiyi uzun illər ərzində kommunikasiyaların açılması hər zaman prioritet olub. Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə postsovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxımından əhəmiyyət kəsb edir”.

© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

“Kommunikasiya əlaqələrinin açılması enerji, nəqliyyat layihələrinin daha sürətli icrasına imkan verəcək və regional sabitliyin təmin edilməsi ilə bölgəmizin iqtisadi cəlbediciliyi artacaq. Bu həm də region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə və İran kimi aparıcı güc mərkəzləri üçün də əhəmiyyətlidir. Biz dünyada baş verən proseslər fonunda regionallaşmanın ön planda olmasına nəzər yetirməliyik. Regionallaşmanın isə başlıca prinsipi region ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşməsidir.

Yeni iqtisadi əməkdaşlıq platformalarının işə salınması proseslərə müsbət təsir göstərəcək. Bu baxımdan regionallaşmadan danışarkən kommunikasiyaların açılması çox önəmlidir. Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək. Amma bu prosesdə bizə həm də texnologiyaların idxalı lazım olacaq. Texnologiya şirkətləri üçün də bu bölgəyə maraq böyükdür və böyük perspektivlər vəd edir”, - professor bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dəstək ifadə edilib.

16
Xocavənd rayonu

Xocavəndin Ağdam kəndindən videogörüntülər

10
(Yenilənib 15:04 24.02.2021)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.

BAKI, 24 fevral — Sputnik. Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

10
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, Ağdam kəndi, Xocavənd
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0