Füzuli-Şuşa avtomobil yolunun tikintisi

Şuşaya yol çəkən Türkiyə şirkətlərinin adı açıqlandı

28
(Yenilənib 13:31 22.02.2021)
Şuşa şəhərinə yol çəkilişində Türkiyənin 2 şirkəti - "Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş" və "Özgun Yapi Senaye ve Ticaret AŞ" şirkətləri iştirak edir

BAKI, 22 fevral — Sputnik. Şuşaya yol çəkilişində iştirak edən Türkiyə şirkətlərinin adları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişində Türkiyənin 2 şirkəti - "Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş" və "Özgun Yapi Senaye ve Ticaret AŞ" şirkətləri iştirak edir.

Agentliyin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü var.

"Məlumat üçün bildirim ki, avtomobil yolunun inşası "7 №-li Magistral Yol İstismarı" MMC, "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC, "AzVİRT" MMC və Türkiyənin 2 şirkəti - "Kolin İnşaat Sanayi Turizm" ve "Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret AŞ" şirkətləri tərəfindən davam etdirilir", - Saleh Məmmədov bildirib.

28
Yük maşınları, arxiv şəkli

Kommunikasiyaların açılması regiona yeni perspektiv vəd edir

12
(Yenilənib 18:06 24.02.2021)
Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik.  Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpüdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallıqlar müzakirə edilib. Tədbirin Azərbaycan tərəfindən qonağı UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov bildirib ki, bu bəyanat uzun illərdir regionda iqtisadi əməkdaşlığın tormozlanmasına səbəb olmuş problemlərin aradan qalxması ilə yeni reallıqlar yaradıb:

“Təsadüfi deyil ki, münaqişənin ortaya çıxması tək Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, eyni zamanda regional proseslərin inkişafına mənfi təsirini göstərdi. Uzun illər münaqişənin həllolunmaz qalması region ölkələrinin inkişaf prosesinin ləngiməsinə, bəzi hallarda dayanmasına gətirib çıxardı”.
© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

Onun sözlərinə görə, üçtərəfli bəyanatda vurğulanan kommunikasiya əlaqələrinin bərpası ilə bağlı müddəalar tək keçmiş münaqişə tərəflərinin deyil, eyni zamanda bölgənin dinamik iqtisadi inkişafına əvəzsiz töhfə verəcək: “Münaqişənin davam etdiyi uzun illər ərzində kommunikasiyaların açılması hər zaman prioritet olub. Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə postsovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxımından əhəmiyyət kəsb edir”.

© Sputnik
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü

“Kommunikasiya əlaqələrinin açılması enerji, nəqliyyat layihələrinin daha sürətli icrasına imkan verəcək və regional sabitliyin təmin edilməsi ilə bölgəmizin iqtisadi cəlbediciliyi artacaq. Bu həm də region ölkələri ilə yanaşı, Rusiya, Türkiyə və İran kimi aparıcı güc mərkəzləri üçün də əhəmiyyətlidir. Biz dünyada baş verən proseslər fonunda regionallaşmanın ön planda olmasına nəzər yetirməliyik. Regionallaşmanın isə başlıca prinsipi region ölkələri arasında qarşılıqlı əlaqələrin dərinləşməsidir.

Yeni iqtisadi əməkdaşlıq platformalarının işə salınması proseslərə müsbət təsir göstərəcək. Bu baxımdan regionallaşmadan danışarkən kommunikasiyaların açılması çox önəmlidir. Hesab edirəm ki, region ölkələri kifayət qədər potensiala malikdir və bu imkan verir ki, biz qloballaşmadan kənarda iqtisadi inkişafımızı təmin edə bilək. Amma bu prosesdə bizə həm də texnologiyaların idxalı lazım olacaq. Texnologiya şirkətləri üçün də bu bölgəyə maraq böyükdür və böyük perspektivlər vəd edir”, - professor bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dəstək ifadə edilib.

12
Xocavənd rayonu

Xocavəndin Ağdam kəndindən videogörüntülər

9
(Yenilənib 15:04 24.02.2021)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.

BAKI, 24 fevral — Sputnik. Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

9
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, Ağdam kəndi, Xocavənd
Rusiya Prezidenti Vladimir Putin

Putin xəbərdarlıq etdi Rusiyaya qarşı təxribat hazırlanır

0
(Yenilənib 20:44 24.02.2021)
Postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.

BAKI, 24 fevral — Sputnik. Rusiya rəhbərliyinin koronavirusla mübarizə ilə əlaqədar bu ölkəyə qarşı hazırlanan təxribatlar barədə məlumatı var. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Çin, Uhan, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Putin