Rusiya sülhməramlıları Qarabağda yüklərin çatdırılmasını təmin edirlər

Rusiya sülhməramlıları Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib

21
Yük generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət olub.

BAKI, 16 fevral — Sputnik. Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Sosial obyektlər və yaşayış evlərinin elektrik və su ilə təminatının bərpası üçün Humanitar Yardım Mərkəzinin 25 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonu Kəlbəcər rayonuna təxminən 185 ton həcmində yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət olub", - deyə məlumatda bildirilir.

1 / 3
Rusiya sülhməramlıları Qarabağda yüklərin çatdırılmasını təmin edirlər

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

21
Zəngilan rayonunun Keçikli kəndi

Zəngilan rayonunun Keçikli kəndi - VİDEO

6
(Yenilənib 21:49 04.03.2021)
Keçikli kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınıb. Oykonim keçik (keçid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlib. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan Keçililərin adı ilə bağlayırlar.

Keçikli 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0