Partlayış, arxiv şəkli

Müdafiə Nazirliyi minaya düşən hərbçilərlə bağlı məlumat yaydı - YENİLƏNİB

948
(Yenilənib 15:06 09.02.2021)
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib

BAKI, 9 fevral - Sputnik. Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu - xəsarət alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər. Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadırlar. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur. Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

---------

13:36

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları (MAXE) - Sərxan Qəribov, Elşad Orucov Məhərrəm Ağayev minaya düşüblər.

© Photo : REPORT
Polkovnik-leytenant Kamil Duniyev

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

948
Silah-sursat

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

3
(Yenilənib 13:58 27.02.2021)
Ermənistan ordusunun səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

BAKI, 27 fevral — Sputnik. Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.

3
Teqlər:
müharibə, Azərbaycan, Qarabağ, səngər, Xocavənd, silah-sursat

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir

2
(Yenilənib 13:44 27.02.2021)
Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Sputnik Azərbaycan məqaləni təqdim edir:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi".

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

2
Teqlər:
nifrət, soyqırım, Xocalı, Azərbaycan, Ermənistan, ombudsman