Mina sahəsi

Müharibədən sonrakı müharibə: Zəfər Günündən bəri itkilər veririk

302
(Yenilənib 11:32 09.02.2021)
Noyabrın 10-dan bəri minaya düşərək həlak olanların sayı açıqlanıb. bunlar arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var

BAKI, 9 fevral — Sputnik. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Əhaliyə müraciətdə deyilir: "Təəssüflə bildiririk ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir. 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək".

 

302
Teqlər:
ölənlər və yaralılar, mülki şəxs, hərbçilər, həlak olan, mina, müharibə

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

5
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

5
Teqlər:
ABŞ Konqresi, ABŞ, Xocalı, Azərbaycan, Qarabağ
Qubadlı rayonunun Əfəndilər kəndi

Qubadlının Əfəndilər kəndinin görüntüləri - VİDEO

6
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Əfəndilər kəndindən videogörüntülər yayıb.

BAKI, 27 fevral — Sputnik. Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

 

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, Qarabağ, Azərbaycan, kənd, Qubadlı

Bazarlığı haradan etməyə üstünlük verirsiniz?

0
0