Diplomatik korupusun nümayəndələri Zəngilanda

Liviyalı diplomat Zəngilanda ermənilərə dərs keçdi - FOTO

744
Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm ermənilər tərəfindən dağıdılmış Zəngilan şəhər məscidində namaz qılıb

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Bu gün Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri Cəbrayıl və Zəngilan şəhərində olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər iştirakçıları erməni işğalı nəticəsində dağıdılmış şəhərlərin, mədəniyyət və tarixi abidələrin durumundan dəhşətə gəliblər.

  • Liviyalı diplomat Zəngilanda namaz qılır
    © Sputnik / Emin Babayev
  • Diplomatik korupusun nümayəndələri Zəngilanda
    © Sputnik / Emin Babayev
  • Diplomatik korupusun nümayəndələri Zəngilanda
    © Sputnik / Emin Babayev
  • Diplomatik korupusun nümayəndələri Zəngilanda
    © Sputnik / Emin Babayev
1 / 4
© Sputnik / Emin Babayev
Liviyalı diplomat Zəngilanda namaz qılır

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm isə paltosunu canamaz əvəzinə yerə sərərək, ermənilər tərəfindən dağıdılmış Zəngilan şəhər məscidində namaz qılıb. O, jurnalistlərə açıqlamasında bunları söyləyib: "Ermənilərdən azad edilən torpaqlarda törədilmiş dağıntıların şahidi olduq. Bu ərazilərdə daş daş üstə qalmayıb. Məzarlığın və qəbirlərin darmadağın edilməsi onların insanlığa sığmayan əməllərinin göstəricisidir. Torpaqların öz gerçək sahiblərinə qayıtması ədalətlidir”.

Xatırladaq ki, Ermənistan hərbçiləri işğal olunmuş bütün ərazilərimizdəki məscidləri, o cümlədən Zəngilan məscidini də dağıdıb, hətta orda donuz və mal-qara saxlayıblar.

744
Teqlər:
erməni vandalizmi, namaz, məscid, diplomat, Liviya, Azərbaycan, Qarabağ, Zəngilan
Zəngilan rayonunun Keçikli kəndi

Zəngilan rayonunun Keçikli kəndi - VİDEO

6
(Yenilənib 21:49 04.03.2021)
Keçikli kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınıb. Oykonim keçik (keçid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlib. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan Keçililərin adı ilə bağlayırlar.

Keçikli 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0