Cəbrayıl rayonu, arxiv şəkli

Britaniya səfiri Cəbrayılda: "Yaxınlaşdıqda gördük ki, bura ruhlar şəhəri olub"

38
(Yenilənib 13:22 06.02.2021)
Diplomatik korpus nümayəndələri ilə birgə Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp təəssüratını bölüşüb

BAKI, 6 fevral - Sputnik. “Bu, mənim Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir. Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura  kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub”.

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında diplomatik korpus nümayəndələri ilə birgə Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O qeyd edib ki, burada dağıntının miqyası böyükdür.

Səfir həmçinin Britaniya şirkətlərinin Azərbaycana işğaldan azad olunmuş ərazilərində aparılacaq quruculuq işlərinə cəlb olunmasından da danışıb: “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra işğaldan azad olunmuş ərazilər Britaniya şirkətləri üçün burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilər”.

38
Teqlər:
səfir, Böyük Britaniya, diplomatik korpus, işğaldan azad edilmiş ərazilər, Azərbaycan, Qarabağ, Cəbrayıl
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

1633
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

1633
Türkiyə hərbçiləri, arxiv şəkli

Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

702
(Yenilənib 17:57 02.03.2021)
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tadığını bildirib: “Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Sputnik Azərbaycan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin önəmi ilə bağlı siyasi hərbi ekspert Elçin Axundzadənin fikirlərini öyrənib.

Ekspert bildirib ki, birgə Monitorinq Mərkəzinin yaradılması hərtərəfli olaraq Azərbaycanın xeyrinədir: “Bu, həm də digər dövlətlərə mesajdır ki, Azərbaycan tək deyil. Düzdür, de-fakto olaraq Türkiyə həmişə bizimlə idi. Bu Mərkəzin fəaliyyətə başlaması isə Türkiyənin Cənubi Qafqazdakı proseslərə de-yure qoşulmasını təsdiqləmiş oldu. Gələcəkdə zərurət olarsa, türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hər hansı əngəl qalmayıb. Digər tərəfdən bu Mərkəz ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edəcək. Mərkəzin nəzarət funksiyası dronlar vasitəsilə həyata keçiriləcək. Əgər bu dronlar erməni yaraqlılarını aşkar edərsə və ya üçtərəfli bəyannaməni zərbə altına alan hər hansı fakt aşkar olunarsa, müvafiq addımlar atılacaq”.

Elçin Axundzadə deyib ki, Mərkəzin fəaliyyətə başlaması həm də Ermənistana mesajdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən hər hansı təxribata yol verilərsə, rus və türk əsgərləri revanşist meyllərə qarşı aktiv müdaxilə edəcəklər: “Mövcud hüquqi baza da sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə addımların atılmasına imkan verir. Mərkəzin fəaliyyəti prezident İlham Əliyev tərəfindən irəli sürülmüş regional əməkdaşlıq platformasının qurulmasına imkan yaradacaq. Bu meqa iqtisadi layihənin gerçəkləşməsinin regional və iqtisadi önəmini qeyd etmək lazımdır. İşğaldan azad edilmiş Zəngilan ərazisinin iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Düzdür, hazırda Ermənistanda xaotik vəziyyət hökm sürsə də, bu ölkə də regional əməkdaşlığa dəvət edilib. Monitorinq Mərkəzinin fəaliyyəti bir neçə illiyə nəzərdə tutulub. Mövcud planlar göstərir ki, Mərkəz həm də bu əməkdaşlığın davamlılığını təmin etmək üçündür”.

Siyasi hərbi ekspert qeyd edib ki, Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə prezident İlham Əliyev aydınlıq gətirdi:

“Sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazasının qurulması demək deyil və onlar müvəqqəti fəaliyyət göstərəcəklər. Bildirməliyəm ki, hazırkı şəraitdə rus sülhməramlılarının burada olması və fəaliyyəti lazımlıdır. Məhz bu sülhməramlıların fəaliyyəti və nəzarəti altında ermənilər işğal altında saxladıqları üç rayonu boşaltdılar. Gələcəkdə azərbaycanlı köçkünlərin yurd-yuvalarına qayıtması prosesində təhlükəsizliyinin təmin edilməsi üçün də rus sülhməramlılarından istifadə ediləcək”.

“Azərbaycan bir çox maraqların toqquşduğu məkanda yerləşir. Qarşıdakı illərdə maraqlı proseslərin cərəyan edəcəyi gözlənilir. Bu baxımdan Prezident İlham Əliyev münaqişənin həll edilməsinə baxmayaraq Azərbaycanın ordu quruculuğunu davam etdiriləcəyini və yeni müasir silahlar əldə ediləcəyini bildirdi”, - deyə E.Axundzadə bildirib.

702
Teqlər:
əsgər, Azərbaycan, sülhməramlılar, Türkiyә, Qarabağ
Şadlıq sarayı, arxiv şəkli

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub

0
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

BAKI, 3 mart — Sputnik. Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.

 

0