Ağdamda partlayış: hərbçilərimiz arasında ölən yaralılar var

968
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKI, 4 fevral - Sputnik. Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Digər iki hərbi qulluqçumuz - Babayev Nemət Novruz oğlu   Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

968
Teqlər:
yaralılar, ölən, həlak, əsgər, Ağdam, partlayış
 Prezident İlham Əliyev, arxiv şəkli

"Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb" - Prezident

5
(Yenilənib 14:45 26.02.2021)
Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olubinsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub.

BAKI, 26 fevral — Sputnik. "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Bizi qənaətimizə görə, bu belədir".

Sputnik Azərbaycan-ın məlumatına bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib", - dövlət başçısı bildirib.

"Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır", - dövlət başçısı söyləyib.

5

"Biz Xocalıya da qayıdacağıq!" - İlham Əliyev

38
(Yenilənib 12:53 26.02.2021)
"Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar" - Prezident

BAKI, 26 fevral — Sputnik. "Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyanın nəzarətində olan torpaqlarına da azərbaycanlılar qayıtmalıdır və qayıdacaqlar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır.  Bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar.  Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq" - deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var: "Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavət, nifrətlə dolu açıqlamalar verilib. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur, erməni xalqı bizim vətəndaşlarımızdır, Azərbaycanda minlərlə erməni yaşayır və müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir", - o bildirib.

38
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın istefa verməsi istisna edilmir

0
(Yenilənib 17:13 26.02.2021)
Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək istəyir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Bunun ardınca Paşinyan da öz tərəfdarlarını Respublika meydanına toplayaraq hərbi çevriliş təhlükəsindən danışıb.

Sputnik Azərbaycan Ermənistanda baş verənlərlə bağlı politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq Fikrət Sadıxov deyir ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır: "Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir".

Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük:

"Bu ölkədə mitinqlər, yürüşlər davam edir. Amma küçələrə çıxanların sayına baxdıqda görürük ki, hələ kütləvilik yoxdur. Hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir".

Politoloq İlqar Vəlizadə bildirir ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil: “Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna  münbit şərait yaratdı”.

Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır: “Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın  dayaqları zəifləyir və bu da onları getdickə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar”.

 

 

 

0