Dağıdılmış Ağdam şəhərinə mənzərə

İşğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanıb

28
(Yenilənib 10:42 04.02.2021)
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzə cəlb olunan strukturların sayı məlum olub.

BAKI, 4 fevral - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib.

O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

Samir Nuriyev dövlətimizin başçısının tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.

17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.

İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.

28

Zəngilan rayonunun Qaragöz kəndi - VİDEO

6
(Yenilənib 13:28 08.03.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Qaragöz kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər

BAKI, 8 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inan tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayırlar.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Zəngilan, Azərbaycan, Qarabağ
Hərbçinin ayaqqabısı, arxiv şəkli

Ermənilər Qarabağın cənubunda cəsəd axtarışını dayandırıblar

11
(Yenilənib 12:00 08.03.2021)
Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.

BAKI, 8 mart - Sputnik. Qarabağdakı son döyüşlərdə itkin düşmüş və ölmüş erməni hərbçilərin cəsədlərinin axtarışları dayandırılıb.

Sputnik Ermənistan yazır ki, bunu Qarabağ separatçılarının "fövqəladə hallar üzrə dövlət xidməti" bildirib. 

Qeyd olunur ki, işlər Qarabağın cənub istiqamətində, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında aparılacaqmış, ancaq orada güclü duman görmə məsafəsini xeyli qısaldıb. Bildirilir ki, hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək. 

Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.

11
Teqlər:
hava şəraiti, axtarış, cəsəd, erməni hərbçi, Qarabağ

Bayram bayrama qarışıb - Bakıda Beynəlxalq Qadınlar Gününün FOTOLAR-ı

0
(Yenilənib 19:54 08.03.2021)
Buludlu hava şəraitinə baxmayaraq, bu gün "Qadınlar bayramı"nı bakılılar şəhər gəzintisi, kafe və restoranlara axışmaq, bayramlaşma, hədiyyə alıb-verməklə qeyd edir. Sputnik Azərbaycan bayram gününün Bakısından fotoreportaj hazırlayıb.

Pandemiya ilə bağlı karantin dövrünün bir sıra qaydaları qüvvədə olsa da, Bakıda 8 Mart Beynəlxalq Qadınlar günü gəzintilər və bol buketlərlə qeyd olunur. Əlbəttə ki, gözəl bir gül buketi sizi ən buludlu gündə də sevindirəcək və üzünüzə təbəssüm qonduracaq. 

Ənənəvi olaraq bu gün şəhərin hər yerində əllərində sevgililəri və sevdikləri üçün gül buketləri və hədiyyələr olan kişiləri görə bilərsiz.

Küçədə çiçək və hədiyyəlik əşyalar satanlar üçün də bu gün əsl bayramdır. Çünki çoxdandır pandemiya səbəbindən toy, nişan, ad günü, bayram mərasimləri olmadığı üçün, onların alveri o qədər də yaxşı getməyib. 

Sputnik Azərbaycan oxucularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bayram əhval-ruhiyyəsini fotolentlə bölüşür.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il