Şuşada dağılmış evlər, arxiv şəkli

"Şuşada müasir göydələnlər tikmək təklifi qeyri-peşəkarlıq tarixə hörmətsizlikdir"

327
(Yenilənib 14:08 02.02.2021)
Professor Elçin Əliyev: Şuşadakı rəngli, yandırılmış kərpicdən tikilmiş Saatlı məscidi onun əsas binası ilə birlikdə tamamilə yer üzündən silinib. Biz onu XVIII əsrdə qəbul edilmiş texnologiyalara əsasən bərpa edə biləcəyikmi? Belə ustalarımız var? Şübhə edirəm.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. İşğaldan azad edilmiş ərazilərin, o cümlədən Şuşanın bərpası qarşımızda böyük bir vəzifə kimi dayanır. Yanvarın 27-də Prezident İlham Əliyev Şuşanın bərpası və gələcək həyatı ilə bağlı tapşırıqlar verib.

Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Sputnik Azərbaycan-a müsahibəsində Şuşanın bərpası ilə bağlı fikirlərini bölüşüb. 

- Şuşa şəhəri memarlıq baxımından necə bərpa olunmalıdır? Əvvəlki üslubu qorunub saxlanılmalı, yoxsa müasir üslubda inşa edilməlidir?

- Bir neçə gün əvvəl internetdə naməlum bakılı vizualizator həmkarımın Şuşada müasir göydələnlər tikməyi təklif etdiyi videoya baxdım. O, çoxmərtəbəli şüşə binaların fonunda Yuxarı Gövhər Ağa məscidini təsvir etmişdi. Əlbəttə ki, bu ideya ilə qətiyyən razı deyiləm. Bu, qeyri-peşəkarlığın və öz tariximizə hörmətsiz münasibətin əlamətidir. İstiladan azad edilmiş Qarabağın şəhər və kəndlərində məhz həmin regiona xas olan və tarixən formalaşmış yaşayış tipini, şəhərlərin tarixi mühitini bərpa etmək lazımdır.

Mənə elə gəlir ki, yalnız ayrı-ayrı memarlıq abidələri və ya binaların bərpasına yox, azad olunmuş kəndlərin küçələrinin, tikililərinin və mühitinin ümumi xarakterini bərpa etməyə, mərtbələrin sayının saxlanmasına, qədim keçə və məhəllələrin adət etdiyimiz siluet və planlaşdırılmasının qorunmasına nail olmaq lazımdır, nə qədər gözəl də olsa, müasir memarlıq nümunələrini ucaltmağa yox. Biz azad edilmiş ərazilərdə tikinti üçün icazələrin verilməsinə böyük məsuliyyətlə yanaşmalı və diqqətlə seçim etməliyik, özünəməxsus diyarımızın gözəlliyinə xələl gətirə bilən şübhəli keyfiyyətli memarlıq layihələrinin icrasına imkan verməməliyik.

© Photo : Courtesy of Elchin Aliev
Memar Elçin Əliyev

Mən özüm də müasir memaram və müasir memarlığın vurğunuyam, lakin onu ağıl və səriştə ilə istifadə edərək tətbiq etmək lazımdır. Əlbəttə ki, tarixi tikili ilə yanaşı, müasir bina tikmək olar, lakin o, təşəkkül tapmış sıradan hündür olmamalı, koloristikası ilə konkret tarixi məkanda qəbul edilmiş qammadan fərqlənməməlidir. Öz forma və həcmi ilə, ehtimal ki, qəbul edilmiş tarixi memarlıq tipini təkrarlamalıdır. Misal üçün, Amerikada bu yaxınlarda inşa edilmiş "Mercerburg Academy"nin yeni binasını göstərmək olar. Müasir bina, müasir memarlıq – lakin tarixən təşəkkül tapmış üslub tamamilə saxlanılıb. Və bu, hətta mənim kimi peşəkar bir memarın da gözünə dərhal çarpmadı. Budur əsl memar ustalığı. Fasadlardakı yüzillik elementlərin ağılsız mexaniki sürətinin çıxarılması deyil – doğma paytaxtımızda biz bunu hər gün müşahidə edirik. Memarlar Qarabağ şəhər və kəndlərində təşəkkül tapmış tarixi görünüşə məhz bu cür, dəqiqlik və nəzakətlə müdaxilə etməlidirlər.

- Bərpa zamanı nələrə daha çox diqqət edilməlidir və bərpa müddəti nə qədər çəkə bilər?

- Bilirsiniz, müharibənin dağıtdığı şəhərlərin bərpasına olan yanaşmaların vahid bir təsnifatı yoxdur: dağılma dərəcəsi, bərpa işlərinin əhatəsi, müharibədən sonrakı tikinti üsulları və küçələrin yenidən planlaşdırılması kimi müxtəlif amillərə əsaslanaraq, fərqli alim və tədqiqatçılar bərpa üsullarını iki, üç və ya çox növlərə ayırırlar. Misal üçün, Bakının tarixi mərkəzinin bərpası üzrə dissertasiya üzərində işləyərkənı mən Moskva Memarlıq İnstitutunun mərhum professoru Yuri Vladimiroviç Ranninski ilə ünsiyyət saxlayırdım. O, dörd belə istiqamət fərqləndirirdi. Birincisinə o, tikilinin planlaşdırılma sisteminin, binaların həcm-məkan strukturunun, bədii-obraz xarakteristikalarının dürüst təkrarı ilə mümkün qədər dəqiq bərpanı aid edirdi. Onun verdiyi təsnifata əsasən, ikinci istiqamət, qalıqlar şəklində olan binaların yalnız formalarını maksimum dərəcədə bərpa etməyi, dağıntı yerində isə itirilmiş binaların memarlıq formalarını bərpa etməyə heç bir cəhd etmədən onların ölçüləri və konturlarını təkrarlayan həcmləri ucaltmağı təklif edir.

Binaların bərpası üçün zəruri sənədlərin olmaması səbəbindən Almaniyanın Köln şəhərində məhz bu yanaşma istifadə edilmişdi. Bəzən belə metodikanı fasadların müasir interpretasiyası ilə birlikdə istifadə edirlər, sonuncunu üstünlük təşkil edən yerdə istifadə etməklə - bu artıq üçüncü istiqamətdir və Rusiya memarlarının burada yaxşı təcrübələri var. Və, nəhayət, dördüncü istiqamət dağıntılardan azad edilmiş sahələrdə yeni tikililərin yaradılmasını nəzərdə tutur və bu halda əvvəl mövcud olmuş planlaşdırma və mülkiyyət sərhədləri nəzərə alınmır – Almaniyanın Drezden şəhərində müəyyən mərhələdə bu cür etdilər.

Başqa nöqteyi-nəzər də var, misal üçün, İspaniya alimi Karlos İtriaqo dağıdılmış şəhərlərin bərpası üçün artıq üç strategiya təklif edir: 1 – şəhərin keçmiş irsinə sadiq qalmağa çalışan strategiyalar, 2 – əksinə, keçmişinə yad olan yeni şəhərin tikilməsi üçün dağıntıları istifadə edən strategiyalar, yəni yeni şəhərlər salınır, 3 – mövcud irs və arzu edilən modernizasiya arasında kompromis axtaran strategiyalar, yəni emansipasiya edilmiş şəhərlər. Bu yolların hansını seçəcəyimiz artıq mütəxəssislərin geniş müzakirəsinin mövzusudur.

© Sputnik
Şuşada dağılmış evlər

- Tamamilə və ya qismən dağılmış abidələri bərpa etmək mümkündürmü?

- Mənə elə gəlir ki, hər bir konkret hala fərdi yanaşmaq, çətin qərarlar qəbul etmək lazımdır. Misal üçün, Şuşadakı rəngli, yandırılmış kərpicdən tikilmiş Saatlı məscidi onun əsas binası ilə birlikdə tamamilə yer üzündən silinmişdir. Biz onu XVIII əsrdə qəbul edilmiş texnologiyalara əsasən bərpa edə biləcəyikmi? Belə ustalarımız var? Şübhə edirəm. Bəs 1976-cı ildə memar Cəfər Qiyasinin layihəsi üzrə Şuşada tikilmiş məşhur mineral sular qalereyası? Bu brutal bina betondan geniş istifadə, böyük şüşələnmə səthi kimi öz dövrü üçün yeni olan inşa texnologiyaları ilə maraqlı olsa da, ətraf landşaftda kobud və yad görünürdü. Necə edək? İndi onu bərpa edək yoxsa yox? Buna görə mənə elə gəlir ki, belə çətin, birmənalı olmayan suallar Qarabağın bərpası üçün cavabdeh olan qurumun rəhbərinin yanında hansısa məşvərət orqanının tərkibindəki mütəxəssislər tərəfindən müzakirə edilməlidir. Və kollegial qərarlar qəbul edilməlidir.

Şəxsən mən dağıdılmış memarlıq abidələrinin konservasiyası ideyasının tərəfdarıyam, istisna hallarda onların ən mühümlərinin itirilmiş orijinallara tam uyğun olaraq bərpa edilməsi şərti ilə. Saatlı məscidini yenidən tikmək olar, lakin həmin üslubu mexaniki təkrarlamaqla yox, köhnə tikilinin memarlıq və məkan obrazının saxlanılması ilə onu müasir interpretasiyada verməklə. Həmkarımın yaradıcılığına olan bütün hörmətlə deməliyəm ki, mineral sular qalereyasının bərpası məqsədəuyğun deyil.

Yenə də misal gətirəcəyəm: Drezdenin Köhnə şəhərinin düz mərkəzində intibah dövründə yaranmış və öz memarlıq çiçəklənməsinə barokko dövründə çatmış Noymarkt meydanı yerləşir. 1945-ci ilin bombardmanları zamanı onu və meydanda yerləşən Drezden şəhərinin əsas diqqətəlayiq binası olan Müqəddəs Məryəm Came Kilsəsini tamamilə dağıtdılar. Təsəvvür edin ki, məşhur kilsənin xarabalıqlarına, 1990-cı illərdə meydan və binanın bərpası başlayana qədər yarım əsr ərzində toxunulmadı. Bərpa işləri əsasən rayonun müharibədən əvvəlki görünüşünün bərpasına yönəlmişdi.

Bizim üçün ən maraqlısı odur ki, Müqəddəs Məryəm Came Kilsəsinin yenidən qurulması üzrə işlər üç prinsipə əsaslanırdı. Birinci: o, orijinal materialların istifadəsi və maksimal dərəcədə tikintinin orijinal planına uyğun olaraq bərpa edilməli idi. İkincisi: bu, müasir texnologiyaların və mühəndislik və fizika üsullarının köməyi ilə edilməli idi. Üçüncüsü: eyni zamanda, binanın XXI əsrdə dinamik istifadəsi üçün zəruri olan tələblərə cavab verməsinə lazımi diqqət ayrılmalı idi. Sonuncu bəndin hesabına yardımçı otaqların, parkinqin və texniki avadanlığın yerləşdirilməsi üçün iki yeraltı mərtəbə peyda oldu.

Dağıntıların diqqətlə təmizlənməsi gedişində hər bir daş çeşidləndirilmiş və kompüter proqramının istifadəsilə öz yerinə quraşdırılmışdı. Tikinti, orijinal texnologiyaların istifadəsilə icra edilirdi, çatışmayan daş bloklar Sakson qumdaşından yenidən kəsilir və əllə emal edilirdi. İndiyə qədər orijinal materialı bərpa edilmişdən asanlıqla fərqləndirmək mümkündür – orijinal daşlar yenilərdən daha tünddür – və onu ağartmaq heç kimin ağlına belə gəlməyib. Binanın müasir texnologiyaların tətbiqi və müasir ehtiyaclara mütləq uyğunlaşdırılması variantını mən ən düzgün hesab edirəm.

Минарет мечети, пострадавшей в ходе войны, в городе Шуши
© Sputnik / Ilya Pitalev
Şuşaya mənzərə

- Memarlıq abidələrinin bərpası üzrə işlər nə vaxt başlaya bilər?

- Əsas tələsməməkdir. Almanları görürsünüz? Bəzi hallarda yarım əsr gözləyirdilər. Təəssüflər olsun ki, biz bu günə çatmaq üçün uzunmüddətli, otuzillik yol keçmişik və buna görə ərazilərin bərpası üzrə tələsik, keyfiyyətsiz və bacarıqsız işlər aparılmasını istəməzdim. Fürsətdən istifadə edərək bütün memar həmkarlarımdan azad olunmuş ərazilərdə mədəni-tarixi irsimizin bərpası üzrə sifarişlərə məsuliyyətlə yanaşmağı, ən qısa zamanda ən az vasitə hesabına işlərin layihələşdirilməsini və icrasını tələb edən səriştəsiz və bəzən korrupsiyaçı sifarişçilərin sözü ilə oturub-durmamağı xahiş etmək istərdim. Cəmiyyət bizim fəaliyyətimizi memarlıq layihəsinin hərtərəfli düşünülməsi, qəbul edilmiş qərarların düzgünlüyü və görülən işlərin keyfiyyəti kimi əsas meyarlara əsasən qiymətləndirəcək.

- Bu prosesdə hansı təşkilatlar iştirak etməlidirlər? Xarici memarları bu işlərə cəlb etməyə ehtiyac varmı?

- Hansı təşkilat və şirkətlərin bu prosesdə iştirak etmələrindən asılı olmayaraq, başlıcası baş verənlərin açıqlığı və şəffaflığıdır, hər bir istedadlı memarın – yerli və ya xarici - bu prosesdə iştirakı üçün şərait yaradılmasıdır. Fikrimcə, yalnız memarlıq müsahibələri ən peşəkar və yaxşı ideya və layihələri seçməyə imkan verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə böyük məsuliyyət düşür. Bilirəm ki, onlar bütün vəziyyəti yaxşı başa düşürlər və bərpa edilən ərazilərdə şübhəli keyfiyyətə malik layihələrin icrasına heç zaman yol verməzlər.

Ümidvaram ki, bütün təsdiq üçün planlaşdırılan həllər və layihələr mütəxəssislərin və ictimaiyyətin müzakirəsinə çıxarılacaq və bununla cəmiyyət baha başa gələn mənəvi və maddi səhvlərdən müdafiə olunacaq. Bilirsiniz, vaxtilə Azərbaycan memarları nümayəndə heyətləri tərkibində tarixi mühitin bərpası təcrübəsini öyrənmək üçün başqa ölkələrə, o cümlədən bizə ən yaxın qonşu ölkələrə səfər edərdilər. Gəlin elə edək ki, artıq onlar bizim bacarığımıza və keçmişimizə məhəbbətimizə heyran olmaq üçün ölkəmizə gəlsinlər, təcrübəmizi mənimsəsinlər.

327
Teqlər:
Saatlı, Drezden, Almaniya, Köln şəhəri, Köln, Şuşa şəhəri, Şuşanın azad olunması, Prezident İlham Əliyev, İlham Əliyev
Zəngilan rayonunun Keçikli kəndi

Zəngilan rayonunun Keçikli kəndi - VİDEO

6
(Yenilənib 21:49 04.03.2021)
Keçikli kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınıb. Oykonim keçik (keçid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlib. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan Keçililərin adı ilə bağlayırlar.

Keçikli 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0