İlham Əliyev: "Erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq"

2239
"Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən".

BAKI, 1 fevral — Sputnik. "İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfər edərkən yaşadığı təəssüratları Azərbaycan Televiziyasına müsahibəsində bölüşərkən deyib.

"Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir.

Məhz buna görə biz oraya jurnalistləri dəvət edirik, diplomatik korpusun nümayəndələrini. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır", - dövlət başçısı deyib.

İlham Əliyev vurğulayıb ki, Qarabağa köçürülən ermənilər xalqımıza qarşı xəyanət ediblər: "Mən özümə sual verirdim ki, nə üçün onlar bunu edib və sözün düzü suala cavab tapa bilmirəm, bu günə qədər də. Bir səbəb ondan ibarətdir ki, onlar hesab edirdilər ki, belə olarsa, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. 

Çünki onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb, bəlkə də birinci səbəb onların ürəyində bizə qarşı olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə erməni yaşayırdı. Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin necə normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 92-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər, Xocalı soyqırımı, digər günahsız insanların öldürülməsi ilə nəticələnən onların hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu düşmənçilik toxumları həmişə var idi. Özü də o vaxt axı Azərbaycan, indi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, onların yetişdirdikləri illər boyunca, onilliklər boyunca ideoloji əsaslarını məhv edib, bu gün onlar, əlbəttə ki, aydın məsələdir, onların bizə münasibəti nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir pislik etməmişdik. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etməklə, gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib.

Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən bu çox sağ ol əvəzinə, 92-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Bu kadrlar var internetdə. O hərbi cinayətkar və bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş və siçan kimi oradan qaçmış Koçaryan Ağdam məscidinin önündə dayanıb və Ağdam məscidinin divarının üzərində təhqiramiz ifadələr. Bax budur o. O, bu hisslərlə yaşayıb. Biz onların belini qırdıq, onları məhv etdik".

"Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq", - İlham Əliyev qeyd edib.

2239
Teqlər:
erməni təxribatı, erməni təcavüzü, işğaldan azad edilmiş ərazilər, Qarabağ, Prezident İlham Əliyev
Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası

Diplomatların Qarabağ turu: Fransa səfirindən "uşaq tərbiyəsi" resepti

395
(Yenilənib 18:53 07.03.2021)
Fransanın Azərbaycandakı səfiri Zakari Qross: "Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar".

BAKI, 7 mart — Sputnik. Xarici ölkələrin Azərbaycandakı nümayəndələri – diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti turu baş tutub.

Sputnik Azərbaycan Real-a istinadla xəbər verir ki, onları Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Səfərin məqsədi ermənilərin regionda törətdiyi vandal əməlləri, xarabalığa çevrilmiş evləri, məhv edilmiş infrastruktur və ekologiyaya vurulan zərəri beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

Diplomatlar ilk olaraq Füzulinin Merdinli kəndində erməni vandalizmi izləri ilə tanış olublar. Buradakı məscidə ziyarət təşkil edilib. Hikmət Hacıyev ermənilərin məsciddə heyvan saxladıqlarını diplomatların nəzərinə çatdırıb.

Daha sonra məscidi ziyarət edən Liviyanın Bakıdakı müvəqqəti işlər müdiri Əşrəf Adəm ermənilərin burada törətdiyi qeyri-insani davranışları sərt şəkildə tənqid edib.

Diplomatlar daha sonra Füzulidə hazırda tikilməkdə olan hava limanı ərazisinə gəliblər. Burada görülən işlərlə tanışlıq olub.

Səfərin növbəti dayanacağı Qubadlı isə diplomatlara ilk olaraq burada ətraf-mühitə vurulan zərər-ziyan, ermənilərin kəsilib məhv etdiyi ağaclar göstərilib.

Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin ekologiyasına dəyən zərər barədə məlumat veribər.

Diplomatik korpusun nümayəndələri daha sonra Laçına gəliblər. Güləbird Su Elektrik Stansiyasına səfər təşkil edilib.

Yol boyu diplomatların əksəriyyəti erməni vandalizmini qınadığını bildirib.

"Bu, onun sübutudur ki, Azərbaycan və Ermənistan sülhə və barışığa getmək üçün addımlar atmalıdır. Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar", - Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib

Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro: "Burada törədilən çox saylı dağıntılara baxmayaraq Azərbaycanın qısa müddətdə gördüyü yenidənqurma işləri, regiona etdiyi yatırımları ilə sərgilədiyi gələcəyə yönəlik mövqeyi məni çox mütəəssir etdi. Mənim xalqım da gələcəyi, inkişafı düşənən xalqdır. Ona görə bu, xüsus məni heyran edir. Əlbəttə, müharibə dəhşətlidir, dağıntılar mənfur əməllərdir. Baxın. Boyaqın qoxusu hələ də hiss olunur. Bura gənc bir ölkədir, möhtəşəm gələcəyi var. Azərbaycanın ittiham irəli sürmək üçün tam hüququ var. Bu, tərəfləri məsələ ilə bağlı müvafiq forumlara çıxaracaq. Vacib olan gələcəyə baxmaqdır".

"Əlbəttə, dağıntılar, xüsusilə, ibadət evlərinin dağıdılması inanılmazdır. Səfər boyu ilk dayandağımız məntəqədəki məsciddə bunun şahidi olduq. Bu, mənim üçün məqbul bir hərəkət deyil. Ermənilər burada SES-ə də zərər vurubmuşlar. Bu cür əməlləri heç bir ölkə qəbul etməz. Məscidlərin dağıdılması bir yana, onlar bu ibadət evindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Burada mal-qara, donuz saxlayıblar. Bu, bəşər normalarına qarşıdır. Heç nə demək olmur. İnsan bu cür əməlləri təsəvvür belə edə bilmir. Çox pis əməllərdir", - İndoneziya Səfirliyinin nümayəndəsi Yusuf Yusuf bildirib.

"Azərbaycan hökuməti və onun prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirik ki, Qubadlı, Zəngilan və Laçına gəlib buradakı işləri yaxından görmək üçün bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Buradakı dağıntıları yerli sakinlərindən ayrı düşmüş evləri görmək ürəksığıcıdır. Bu evlərdə uşaqlar, ailələr yaşayırdı. İndi isə evlər dağılıb və geriyə xatirələr qalıb. Digər tərəfdən, buradakı yeni müasir Su Elektrik Stansiyasının necə sürətlə tikilmiş olduğunu gördük və bu da bizi mütəəssir etdi. Bu, Azərbaycan xalqının və hökumətinin mətanətini, qətiyyətini göstərir. Azərbaycan xalqına və, ümumilikdə, region əhalisinə sülh şəraitində yaşamağı arzulayırıq. Təşəkkür edirəm", - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Karim deyib.

Qeyd edək ki, Füzuli və Qubadlı müvafiq olaraq ötən ilin 17 oktyabr və 25 oktyabr tarixində milli ordumuz tərəfindən işğaldan azad edilib. Laçın isə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs bəyanatına əsasən, 1 dekabrda Azərbaycana təhvil verilib.

395
Teqlər:
Qarabağ, Hikmət Hacıyev
Ağdam rayonunun Suma kəndi

Ağdamın işğaldan azad edilən Suma kəndi bu gün necə görünür - VİDEO

7
(Yenilənib 16:35 07.03.2021)
Müdafiə Nazirliyi Ermənistanın işğalından azad edilmiş daha bir Azərbaycan kəndinin yeni videogörüntülərini yayıb.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb.

Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində erməni işğalçılarından təmizlənib.

İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin həmin kənddən hazırladığı ən son videogörüntüləri təqdim edir.

 

7
Teqlər:
Ağdam rayonu, Ağdam şəhəri, Ağdam
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0