Dmitri Medvedev, arxiv şəkli

Medvedev: "Qarabağın nizamlanmasını Türkiyə ilə müzakirə etmək lazımdır"

31
Türkiyə bizim qonşumuz və önəmli tərəfdaşdır. O, Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktoru nəzərə almamaq mümkün deyil.

BAKI, 1 fevral — Sputnik. Qarabağın nizamlanması məsələsini Türkiyə ilə müzakirə etmək lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya KİV-inə müsahibəsində bildirib.

"Türkiyə bizim qonşumuz və önəmli tərəfdaşdır. O, Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktoru nəzərə almamaq mümkün deyil", - deyə Medvedev Türkiyənin Qarabağ nizamlanmasında rolu barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Moskva və Ankara arasında səmərəli dialoq var, hər iki ölkənin prezidentləri bu mövzu ilə bağlı müntəzəm müzakirələr aparırlar: "Türkiyə və Rusiya hərbçilərinin iştirakı ilə atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edilib".

Qeyd edək ki, yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.

31
Teqlər:
Rusiya, Türkiyә, Azərbaycan, Qarabağ
Füzuli rayonunun Merdinli kəndi

Yer üzündən silinən daha bir kənd - FOTOLAR

20
(Yenilənib 13:36 03.03.2021)
Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Qarabağda vandalizmə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Kəndin qəbristanlığı da ürək dağlayır - məzarlar dağıdılıb, qəbir daşları uçurulub.

Ən pisi isə odur ki, ermənilər Merdinli kəndindəki məsciddən tövlə kimi istifadə ediblər. Qarşı tərəf kənddəki məsciddə mal-qara saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdirib.

  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
1 / 4
© Sputnik / Emin Babayev
Füzuli rayonunun Merdinli kəndi

Vandallar 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Qeyd edək ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da düşmən tapdağından azad olunub.

20
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

1808
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

1808
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

0
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0