İşğaldan azad olunan ərazilərdə əmlakın hesabatı aparılır

24
(Yenilənib 15:20 31.01.2021)
İşğaldan azad olunmuş rayonlarda dörd mindən çox obyekt inventarlaşdırılıb. 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.

BAKI, 31 yanvar - Sputnik. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən daxil olan məlumata görə, artıq 3945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.

Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.

24
Teqlər:
İqtisadiyyat Nazirliyi, əmlak, torpaq sahələri, obyekt, işğaldan azad edilmiş ərazilər
Füzuli rayonunun Merdinli kəndi

Yer üzündən silinən daha bir kənd - FOTOLAR

23
(Yenilənib 13:36 03.03.2021)
Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Qarabağda vandalizmə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Kəndin qəbristanlığı da ürək dağlayır - məzarlar dağıdılıb, qəbir daşları uçurulub.

Ən pisi isə odur ki, ermənilər Merdinli kəndindəki məsciddən tövlə kimi istifadə ediblər. Qarşı tərəf kənddəki məsciddə mal-qara saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdirib.

  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
  • Füzuli rayonunun Merdinli kəndi
    © Sputnik / Emin Babayev
1 / 4
© Sputnik / Emin Babayev
Füzuli rayonunun Merdinli kəndi

Vandallar 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Qeyd edək ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da düşmən tapdağından azad olunub.

23
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

1809
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

1809
Bakıda zibil qutuları, arxiv şəkli

Bakının sərt məişət tullantıları: problemin həlli

0
"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığından danışacaq.

Planetimizin sakinləri hər gün min ton lazımsız materialdan qurtulur. Bu, hamının başa düşdüyü mənada tullantı deməkdir. Ancaq tullantıların içində qiymətli materiallar da var: sonradan istifadə oluna biləcək şüşə qablar, kağız, platik materiallar və s. Mütəxəssislər bu fikirdədirlər ki, həmin materiallardan təkrar istifadə planetin ekologiyası ilə bağlı yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıda da uzun illərdir ki, bu problem aktualdır. Orta hesabla hər bir Bakı sakini ildə 350 kq məişət tullantısı istehsal edir. Bu rəqəmi sayı 2,2 milyondan (rəsmi məlumatlara əsasən) çox Bakı əhalisinin sayına vursaq, hər il paytaxtda nə qədər böyük həcmdə tullantı istehsal olunduğunu təsəvvür etmək mümkündür. Sakinlər qarşısıalınmaz zibilxanaların yaranması ilə bağlı problemlərdən şikayətlənirlər. Bu problemi həll etmək üçün 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Təmiz şəhər" ASC yaradıldı. Bu addım qısa müddətdə sərt məişət tullantılarının idarə olunması üzrə düzgün sistemin yaradılması sayəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm uğur qazanmağa imkan verdi. Ancaq qarşıda həll olunmalı problemlər də var.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov fevralın 9-da, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında 2018-2022-ci illər üzrə Sərt Tullantıların İdarə Edilməsi üzrə Milli Strategiyanın necə həyata keçirilməsi və "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığı barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0