QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fomin: Qarabağda dayanıqlı sülhün tez bərqərar olması rus və türk hərbçilərdən asılıdır

© AR Ministry of DefenceЗаместитель министра обороны РФ Александр Фомин
Заместитель министра обороны РФ Александр Фомин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin: "Bizim Türkiyə hərbçiləri ilə əməkdaşlığımızın Suriyada çox gözəl nümunəsi var".

BAKI, 30 yanvar - Sputnik. “Ötən ilin payızında Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası rəhbərlərinin səyləri və iradəsi ilə postsovet məkanında ən uzunmüddətli və qanlı münaqişələrdən birinin dayandırılmasına nail olunub”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxışında deyib.

General bildirib ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli qərarla Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına yeridilib:

“Rusiya sülhməramlıları ərazilərin minalardan təmizləyir, əsirlərin və həlak olan şəxslərin meyitlərinin mübadiləsi istiqamətində böyük iş görür, həmçinin qaçqınların daimi yaşayış yerlərinə qayıtmasına yardımçı olur. Təbii ki, yerlərdə bu işə Azərbaycan və Ermənistan tərəfi böyük dəstək verir.

Bundan başqa, bölgədə stabil sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Mərkəzin yaradılmasına dair qarşılıqlı sıx əməkdaşlıq yaradılıb.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi tərəfindən bu cür gözəl Mərkəzin yaradılması və təminatı ilə bağlı böyük iş görülüb.

Əslində, bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir. Bizim Türkiyə hərbçiləri ilə əməkdaşlığımızın Suriyada çox gözəl nümunəsi var. Mən rusiyalı və türkiyəli hərbçilərə üzümü tutaraq bildirmək istəyirəm ki, burada sülhün nə qədər tez və dayanıqlı olması sizin fəaliyyətinizdən asılıdır. Hamıya uğurlar arzulayıram”. 

Xəbər lenti
0