Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Şuşa barədə fikirlərinə aydınlıq gətirdi

71
Ermənistanın baş naziri: "Hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar zamanı Azərbaycan digər şərtlərlə yanaşı, azərbaycanlıların Şuşaya qayıtması şərtini də irəli sürdü".

BAKI, 30 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Şuşa ilə bağlı bu yaxınlarda dediyi sözlərə aydınlıq gətirməyə məcbur olub. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan "Facebook"da canlı yayım vasitəsilə fikirlərini dilə gətirib.

Paşinyan qeyd edib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar zamanı Azərbaycan digər şərtlərlə yanaşı, azərbaycanlıların Şuşaya qayıtması şərtini də irəli sürdü.

"Söhbət 1992-ci ilə qədər olan demoqrafik status-kvonun bərpasından gedirdi", - deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu şərt Ermənistanın hərbi əməliyyatları dayandırmaq barədə qərarından sonra irəli sürüldü. Bu isə o anlama gəlirdi ki, Şuşa sakinlərinin 90%-dən çoxu (96%) azərbaycanlı olmalı idi. 

Bu təklif ictimaiyyət arasında yayıldıqdan sonra ermənilər Paşinyanı Şuşanı erməni nəzarətində saxlamaq imkanından istifadə etməməkdə ittiham edib.

71

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

6
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli

Hərbi ekspert hərbçilərin maaşlarına edilən artım əlavələr haqqında danışır

14
(Yenilənib 23:01 04.03.2021)
Hərbi ekspert Emin Həsənli deyir ki, Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir
Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:

“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.

Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
 Əlil, arxiv şəkli

Birinci qrup əlilliyi olanlar əmək qabiliyyətli sayılırlar

0
(Yenilənib 13:17 05.03.2021)
"Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər".

BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".

0
Teqlər:
qabiliyyət, , əlillik