QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - VİDEO

© © Photo: Russia Defense MinistryРоссийские военнослужащие готовятся к работе в совместном Российско-Турецком центре
Российские военнослужащие готовятся к работе в совместном Российско-Турецком центре  - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

BAKI, 27 yanvar — Sputnik. Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya sülhməramlıları atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikası ərazisinə getməyə hazırlaşırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

© © Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar - Sputnik Azərbaycan
1/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
© © Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar - Sputnik Azərbaycan
2/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
© © Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar - Sputnik Azərbaycan
3/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
1/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
2/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
3/3
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0