CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilmiş ərazilərə avtobus reysləri açılacaq

© pixabay / tayguntoprakАвтобус на дороге, фото из архива
Автобус на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb".

BAKI, 18 yanvar — Sputnik. İşğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilib.

Hesabata görə, işğal altından azad olunan Cocuq Mərcanlıya 2020-ci ilin yanvar ayında ilk marşrut xəttinin açılışı təmin edilib: "İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanıb. Daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb".

Xəbər lenti
0