Erməni hərbçiləri, arxiv şəkli

Hadrut, Füzuli Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

53
Sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək.

BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

53

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

6
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

6

Zəngilanın daha bir azad olunmuş kəndinin görüntüləri yayıldı

6
(Yenilənib 19:06 06.03.2021)
Zəngilan rayonunun Qaradərə kəndi 2020-ci il oktyabrın 22-də əks-hücum nəticəsində ermənilərin işğalından azad edilib.

Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndindən videogörüntülərini yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

6