Prezident İlham Əliyev

Şuşada onların izi-tozu qalmayıb, bundan sonra heç vaxt da olmayacaq - İlham Əliyev

75
(Yenilənib 16:14 15.01.2021)
İlham Əliyev: "Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür".

BAKI, 15 yanvar — Sputnik. "Erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstü və məqbərəsini ziyarət edərkən bildirib.

"Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı.

O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq", - deyə İlham Əliyev bildirib.

75
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

179
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

179
Türkiyə hərbçiləri, arxiv şəkli

Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

184
(Yenilənib 17:57 02.03.2021)
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tadığını bildirib: “Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Sputnik Azərbaycan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin önəmi ilə bağlı siyasi hərbi ekspert Elçin Axundzadənin fikirlərini öyrənib.

Ekspert bildirib ki, birgə Monitorinq Mərkəzinin yaradılması hərtərəfli olaraq Azərbaycanın xeyrinədir: “Bu, həm də digər dövlətlərə mesajdır ki, Azərbaycan tək deyil. Düzdür, de-fakto olaraq Türkiyə həmişə bizimlə idi. Bu Mərkəzin fəaliyyətə başlaması isə Türkiyənin Cənubi Qafqazdakı proseslərə de-yure qoşulmasını təsdiqləmiş oldu. Gələcəkdə zərurət olarsa, türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hər hansı əngəl qalmayıb. Digər tərəfdən bu Mərkəz ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edəcək. Mərkəzin nəzarət funksiyası dronlar vasitəsilə həyata keçiriləcək. Əgər bu dronlar erməni yaraqlılarını aşkar edərsə və ya üçtərəfli bəyannaməni zərbə altına alan hər hansı fakt aşkar olunarsa, müvafiq addımlar atılacaq”.

Elçin Axundzadə deyib ki, Mərkəzin fəaliyyətə başlaması həm də Ermənistana mesajdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən hər hansı təxribata yol verilərsə, rus və türk əsgərləri revanşist meyllərə qarşı aktiv müdaxilə edəcəklər: “Mövcud hüquqi baza da sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə addımların atılmasına imkan verir. Mərkəzin fəaliyyəti prezident İlham Əliyev tərəfindən irəli sürülmüş regional əməkdaşlıq platformasının qurulmasına imkan yaradacaq. Bu meqa iqtisadi layihənin gerçəkləşməsinin regional və iqtisadi önəmini qeyd etmək lazımdır. İşğaldan azad edilmiş Zəngilan ərazisinin iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Düzdür, hazırda Ermənistanda xaotik vəziyyət hökm sürsə də, bu ölkə də regional əməkdaşlığa dəvət edilib. Monitorinq Mərkəzinin fəaliyyəti bir neçə illiyə nəzərdə tutulub. Mövcud planlar göstərir ki, Mərkəz həm də bu əməkdaşlığın davamlılığını təmin etmək üçündür”.

Siyasi hərbi ekspert qeyd edib ki, Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə prezident İlham Əliyev aydınlıq gətirdi:

“Sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazasının qurulması demək deyil və onlar müvəqqəti fəaliyyət göstərəcəklər. Bildirməliyəm ki, hazırkı şəraitdə rus sülhməramlılarının burada olması və fəaliyyəti lazımlıdır. Məhz bu sülhməramlıların fəaliyyəti və nəzarəti altında ermənilər işğal altında saxladıqları üç rayonu boşaltdılar. Gələcəkdə azərbaycanlı köçkünlərin yurd-yuvalarına qayıtması prosesində təhlükəsizliyinin təmin edilməsi üçün də rus sülhməramlılarından istifadə ediləcək”.

“Azərbaycan bir çox maraqların toqquşduğu məkanda yerləşir. Qarşıdakı illərdə maraqlı proseslərin cərəyan edəcəyi gözlənilir. Bu baxımdan Prezident İlham Əliyev münaqişənin həll edilməsinə baxmayaraq Azərbaycanın ordu quruculuğunu davam etdiriləcəyini və yeni müasir silahlar əldə ediləcəyini bildirdi”, - deyə E.Axundzadə bildirib.

184
Teqlər:
əsgər, Azərbaycan, sülhməramlılar, Türkiyә, Qarabağ