Prezident İlham Əliyev Şuşada

İlham Əliyev ailəsi Şuşada

159
(Yenilənib 12:21 15.01.2021)
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sputnik Azərbaycan xəbər verir ki, sonra Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Onlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidində dua ediblər.

Prezident Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun, şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın və xanəndə Bülbülün büstlərinin açılışını edib. 

Prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşadakı Cıdır düzünü də ziyarət ediblər. Onlar həmçinin Vaqifin dağıdılmış məqbərəsində olublar. 

Prezident həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət edib.  

159
Teqlər:
Füzuli, Şuşa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Leyla Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyeva, Mehriban Əliyeva, Prezident İlham Əliyev, İlham Əliyev

Füzuli rayonunun ən füsunkar kəndlərindən birinin videosu yayıldı

1419
(Yenilənib 11:56 09.03.2021)
Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir. Kənd 1993-cü il iyulun 2-də işğal edilmişdi.

Füzuli rayonunun Gorazıllı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Bu kəndin tarixi XVIII-XIX əsrlərə gedib çıxır. Füzuli rayonunun Gorazıllı kəndi 1993-cü il iyulun 2-də işğal edilib. Kənd işğal edilən gün 21 nəfər dinc sakin girov götürülüb. Onlardan bir neçəsi girovluqda vəfat edib.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib.

Şişqayanın ətəyində yerləşən Gorazıllı kəndi Füzuli rayonunun ən gözəl kəndlərindən biridir.

Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.

1419
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Millət vəkili: “Ermənistana qarşı təzminat davası dağıntılar ilə məhdudlaşmayacaq”

19
(Yenilənib 20:14 05.03.2021)
Milli Məclisin deputatı Əli Hüseynli deyir ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir
Əli Hüseynli: “Erməni vandallığı 10 noyabr Bəyanatın qəbul olunmasından sonra da davam edib”

“Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

“Erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan edib, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam edib. Həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir”, – deyə o bildirib.

Əli Hüseynlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

19

cür qənaət edirsiniz?

0
0