Dağıdılmış Ağdam şəhərinə mənzərə, arxiv şəkli

İşğaldan azad olunmuş yerlərdə gördüyümüz mənzərə faciədir - ICESCO-nun Baş direktoru

16
(Yenilənib 20:05 12.01.2021)
"Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük".

BAKI, 12 yanvar — Sputnik. İşğaldan azad olunmuş yerlərdə gördüyümüz mənzərə əsl faciədir, dini məbədlərin dağıdılması, qəbulolunmazdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib. ICESCO-nun baş direktoru bildirib ki, burada gördükləri mənzərə əsl faciədir: "Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq. Təbii ki, yalnız ölkə və bölgə, region səviyyəsində deyil, dünya səviyyəsində insanların dini inanclarına fərq qoyulmamalı, hər bir dinə məxsus məbədlərə hörmət olunmalıdır. Hər bir müharibə təəssüf ki, əraziləri dağıntılara məruz qoyur, həmçinin müxtəlif obyektləri. Amma buna baxmayaraq, dini-mədəni məkanların və mədəni irsin dağıdılması yolverilməzdir. Bəzən biz məlumatları alırıq, eşidirik, oxuyuruq. Amma gəlib gözümüzlə gördüyümüz mənzərə bizi çox kədərləndirir və hər birimizə təsir edir".

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan hökuməti tərəfindən müəyyən sorğular göndərilməlidir və bundan sonra müstəqil ekspertlər komitəsi tərəfindən həmin sorğular dəyərləndiriləcək:

"Mədəni irs abidələrinin İslam Dünyası İrsi Siyahısına daxil olunması həm də o deməkdir ki, bu mədəni obyektlər, dini abidələr ICESCO tərəfindən qorunacaq. Bizim əsas məqsədimiz mədəni-dini irsə aid olan abidələri qorumaqdır. Eyni zamanda, vurğulamaq istərdik ki, biz bütün dinlərə aid dini abidələri qoruyuruq. Bizə bu ərazilərdəki vəziyyəti yerində görməyimizə şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu yerlər yenidən bərpa olunandan sonra bura bir daha gəlmək imkanımız olacaq".

16
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

15
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

15
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

11
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0