Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, arxiv şəkli

Əli Nağıyev erməni həmkarı ilə ikinci dəfə görüşdü

153
(Yenilənib 23:45 10.01.2021)
MTX-nin mətbuat mərkəzi bəzi Telegram kanallarında bu görüşlərdə sərhədyanı və ərazi məsələlərinin müzakirə edilməsi iddiasını təkzib edib.

BAKI, 10 yanvar - Sputnik. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevlə son günlər ərzində ikinci görüşünü keçirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan MTX məlumat verib.

"Sabah Tavuş vilayətində Ermənistan MTX və Azərbaycan DTX rəhbərlərinin görüş keçirəcəyi barədə şayiələr həqiqətə uyğun deyil. Analoji görüş bir neçə gün əvvəl Ararat vilayətinin Yerasx kəndi yaxınlığındakı neytral zonada keçirilib. Bu gün isə Sünik vilayətinin Gorus rayonunun Vorotan (Şahverdilər) və Şurnux yaşayış məntəqələri yaxınlığında görüş baş tutub. Əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarılması barədə məsələlər müzakirə edilib", - MTX-nin saytında qeyd olunub.

MTX-nin mətbuat mərkəzi bəzi Telegram kanallarında bu görüşlərdə sərhədyanı və ərazi məsələlərinin müzakirə edilməsi iddiasını təkzib edib.

153
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

5
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

20
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

20
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

3
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər