CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ Dirçəliş Fondu" üçün bank hesabları açılıb

© AFP 2023 / DAMIEN MEYER Kredit kartları, arxiv şəkli
Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fond fəaliyyətə başlayanadək vəsaitlərin toplanılması məqsədilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də bank hesabları açılıb

 

BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Prezidentinin 2021-ci il 04 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb.

Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Fond fəaliyyətə başlayanadək vəsaitlərin toplanılması məqsədilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də bank hesabları açılıb.

Rekvizitləri buradan görmək mümkündür.

Xəbər lenti
0