Görüş, arxiv şəkli

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib

20
Ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub

 

BAKI, 5 yanvar — Sputnik. Bu gün Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda fondun fəaliyyət istiqamətinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Müşahidə Şurasının üzvlərindən bu istiqamətdə 2 həftə ərzində təkliflərini təqdim etmələri istənilib.

Növbəti iki həftə ərzində Prezident Administrasiyası tərəfindən Fondun nizamnaməsinin layihəsi hazırlanacaq. Nizamnamə qəbul edildikdən sonra konkret istiqamətlər üzrə görüləcək işlər bir daha müzakirə olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 yanvar tarixli fərmanına əsasən, "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsi yaradılıb.

Eyni zamanda dövlət başçısının 4 yanvar tarixli sərəncamına əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

20

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

10
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

10

Ağdam rayonunun Şelli kəndi - VİDEO

5
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

5
Teqlər:
video, kənd, Ağdam
Tortdan imtina edən qız

Keçmiş modeldən az müddətdə, pəhriz idmansız arıqlamağın sirri

0
(Yenilənib 17:27 16.01.2021)
Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib.

BAKI, 16 yanvar — Sputnik. Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, kiçik sirri barədə o, özünün "Instagram" səhifəsində yazıb.

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Official Danielle Lloyd (@missdlloyd)

37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içkisi içdiyini açıqlayıb.

Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.

"Çəki itirməkdən əlavə, enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim", - deyə məşhur vurğulayıb.

Ketonlar - piylərin ayırdığı molekullardır. Karbohidrat pəhrizinə (məsələn, Atkins pəhrizi) keçdikdə ketonların səviyyəsi artır. 

Ketonlu içkilərin effekti onların bir müddət hüceyrələr üçün əsas qida mənbəyi qismində piy və qlükoza əvəzinə istifadəsindədir.  

0