QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının tərkibi təsdiqləndi

© Photo : State Security Service of the Republic of AzerbaijanВид на Шушу, фото из архива
Вид на Шушу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin müvafiq Sərəncamı ilə "Qarabağ Dirçəliş Fondu"nun 9 nəfərdən ibarət Müşahidə Şurası təsdiq olunub.

BAKI, 4 yanvar - Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdədir:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Xəbər lenti
0