QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşada tikiləcək beşulduzlu otel kompleksinin layihəsi təqdim edildi - foto

© Photo : Facebook / Гасан Алиев Отельный комплекс "Karabakh Victory" (Эскиз)
 Отельный комплекс Karabakh Victory (Эскиз) - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq "Karabakh Victory" otelinin qarşısında müharibə dövründə Azərbaycana açıq dəstək verən ölkələrin bayraqları əks olunmuş layihəsi ictimaiyyətə təqdim edilib.

BAKI, 2 yanvar — Sputnik. 29 il sonra Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilən Şuşada ilk 5 ulduzlu otel tikiləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, beşulduqlu otel kompleksi "Karabakh Victory" (Qarabağ Zəfəri) adlandırılacaq.

Karabakh Construction MMC şirkəti təkcə Şuşada deyil, bütün Qarabağ bölgəsində turizmin inkişafı layihəsini həyata keçirəcək.

Artıq "Karabakh Victory" otelinin qarşısında müharibə dövründə Azərbaycana açıq dəstək verən ölkələrin bayraqları əks olunmuş layihəsi ictimaiyyətə təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. 28 il yarımdan sonra şəhər Azərbaycanın nəzarətinə qayıdıb.

İyirmi dörd min nəfərin yaşadığı Azərbaycanın mədəni və tarixi mərkəzi Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Artıq şəhər elektrik və su ilə təmin olunub, mobil rabitə fəaliyyət göstərir, qida və qənnadı məmulatları və çörək məhsulları mağazaları açılıb, şəhərin infrastrukturu bərpa olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

Şəhəri Azərbaycanın ümumi enerji sisteminə birləşdirmək və sabit elektrik enerjisi ilə təmin etmək üçün "Azərenerji" ASC Füzulidən Şuşa şəhərinə 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkir.

Xəbər lenti
0