Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, arxiv şəkli

Hulusi Akar Bakıda: "Hər kəs ağlını başına toplasın"

164
(Yenilənib 12:59 31.12.2020)
"Bu məsələdə Azərbaycan və Türkiyə ordusu bir yumruq halına gəldi. Çünki bizim millətimiz alicənabdır, ədalətlidir, insani dəyərlərə, mühitə, məsum insanlara qarşı çox həssasdır"

BAKI, 31 dekabr - Sputnik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və qoşun növü komandanları Bakıya gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Hava limanında türkiyəli qonaqları Azərbaycan Müdafiə naziri Zakir Həsənov qarşılayıb.

Hulisi Akar həm azərbaycanlı, həm də Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək türk hərbçilərlə görüşüb.

​Əsgərlər qarşısında çıxış edən Hulusi Akar: "Hər şey açıq-aşkardır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bunu hər kəs yaddaşına yazsın, yanlış hesab aparmasın", - deyib. 

"Azərbaycanın hürriyyəti və suverenliyi üçün, öz torpaqlarının yenidən azadlığa qovuşması üçün iman dolu köksünüzü sipər etdiniz. Əsgər marşınızda da deyildiyi kimi - Azərbaycan əsgəri dönməz geri. Hər kəs bayrağı, Vətəni üçün can qoydu, Vətən torpağının azadlığı üçün Azərbaycan Silahlı Qüvvələri gərək olanı etdi, torpaqlar həqiqi sahiblərinə qovuşdu", - Türkiyənin Müdafiə naziri qeyd edib.

Dünyanın 30 ildir seyrçi qaldığı işğalı Qəhrəman Azərbaycan ordusunun sonlandırdığını vurğulayan Hulusi Akar: "Azərbaycan tarixinə, dolayısı ilə türk tarixinə qızıl hərflərlə o 44 gün yazıldı. Bu 44 gündə əldə edilən uğur, inşallah, bundan 44 il sonra da danışılacaq", - deyib.  

“Bu birliyimiz sonsuza qədər davam edəcək. Bu da bizim ölkələrimizin, əsl türk millətinin xeyrinə olacaq, gələcəyinin təminatı olacaq. Necə ki, 102 il öncə Nuri Paşa ilə birlikdə çiyin-çiyinə işğalçılara qarşı mücadilə etdik, bu gün də eyni ruhdayıq. Yenə çiyin-çiyinə hər cür riskə, təhdidə qarşı birgə mübarizə aparacağıq. Dolayısı ilə, hər kəs ağlını başına toplasın. O vaxtın Qafqaz ordusu, bu günün Azərbaycan ordusu bütün texnologiyalardan, bütün imkanlarından istifadə edərək millətin rifahı üçün əlindən gələn hər şeyi etdi və bu cür də davam edəcək", - Akar söyləyib. 

Dağlıq Qarabağda qurulacaq ortaq mərkəzdən danışan Akar atəşkəsə riayət olunmasına güclü nəzarət ediləcəyini deyib: "Vəzifəmizi yerinə yetirmək üçün hazırıq. Mina və digər partlayıcıların tapılıb zərərsizləşdirilməsi üçün də əlimizdən gələni edirik. Bu məsələdə Azərbaycan və Türkiyə ordusu bir yumruq halına gəldi. Çünki bizim millətimiz alicənabdır, ədalətlidir, insani dəyərlərə, mühitə, məsum insanlara qarşı çox həssasdır. Biz sadəcə terrorçularla və ya əsgərlərlə savaşarıq. O xainlər, alçaqlar kimi, Azərbaycanın dinc şəhərlərinə raket atanlar kimi, Xocalıda qətliam edənlər kimi deyilik. Ortaq mərkəz fəaliyyətə başladıqdan sonra işimiz də artacaq və türk-rus əsgərləri ilə birlikdə azərbaycanlı qardaşlarımızın haqqını, hüququnu sonuna qədər müdafiə edəcəyik".

Türk nazir çıxışının sonunda şəhidlərə rəhmət, qazilərə səhhət diləyərək əsgərlərin yeni ilini təbrik edib. 

Həmçinin Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon zəngiylə əsgərlərə müraciətini də səsləndirib.

​Azərbaycanın Müdafiə naziri Zakir Həsənov "qardaşlarımı bu gün burada görməkdən çox şadam" deyərək qonaqları salamlayıb, Türkiyə Prezidenti, Müdafiə Nazirliyi və digər səlahiyyətlilərin Azərbaycana hər zaman dəstək göstərdiyini, bunun üçün təşəkkürünü bildirib.

Türkiyə və Azərbaycanın dostluğuna həsr olunan fotosərgini izləyən Hulusi Akarı bir məqam çox duyğulandırıb. 

Türk nazirin Azərbaycana öncəki ziyarəti zamanı çəkdirdiyi bir şəkil diqqəti cəlb edib. Tankçı, baş leytenant Valeh Məmiyev həmin vaxt Hulusi Akarla şəkil çəkdiribmiş, döyüşdə şəhid olduqdan sonra onun cibindən türk nazirlə çəkdirdiyi həmin foto çıxıb. 

Duyğulu anlar Akarın dəvətiylə Bakıya gələn müğənnilər Azərin, Esat Kabaklı, Serkan Çağrı Elif Buse Doğanın çıxışları ilə davam edib.

164
Teqlər:
görüş, Zakir Həsənov, Hulusi Akar, hərbçilər, Azərbaycan, Türkiyə
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

15
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

15
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

11
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0