Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

Əli Əsədov Mixail Mişustin Dağlıq Qarabağda birgə bərpa işlərini müzakirə ediblər

66
(Yenilənib 19:08 29.12.2020)
Azərbaycan və Rusiya Baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar.

BAKI, 29 dekabr - Sputnik. Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında tərəflər Dağlıq Qarabağda bərpa işləri və iqtisadi inkişafla bağlı birgə səylərin göstərilməsini vacib sayıblar.

Azərbaycan və Rusiya Baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar. Eyni zamanda yeni dərman vasitələri və peyvəndlərdən də istifadə edilməklə, yeni növ koronavirus infeksiyasına (COVİD-19)  qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olub.

Ə. Əsədov və M. Mişustin qarşıdan gələn Yeni il münasibətilə bir-birini təbrik edib. 

66
Teqlər:
Dağlıq Qarabağ, Mixail Mişustin, Əli Əsədov, Baş nazir
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

4
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

20
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

20
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar