Anar Xəlilov

Getməsək də, görməsək də, o kənd bizim kəndimizdir

619
(Yenilənib 17:04 29.12.2020)
"Həmin vaxtlar uşaqların bizə baxış tərzi fərqli idi. Yəni məcburi köçkün həyatı tamam fərqli olub. Yerli deyilsən və sənə qəribə baxırlar".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. 44 günlük müharibə 30 illik münaqişəyə son qoydu. Uzun illər ermənilərin işğalı altında olan torpaqlarımız rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində geri qaytarıldı.

Oktyabrın 4-də Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun bir sıra kəndləri işğaldan azad edildi. Torpaqlarımızın işğaldan azad edilməsi xəbərini azərbaycanlılar sevinc göz yaşları ilə qarşıladılar.

Hər gün hamı bir nəfər kimi Ali Baş Komandanın tvitlərini gözləyirdi. Xüsusən də uzun illərdir yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimiz.

"Mən Çərəkən kəndinin işğaldan azad olunma xəbərini eşidəndə inanın ki, gözlərim doldu. Bir şeir var, hər zaman o qarşıma çıxanda ürəyim sızlayırdı: getməsək də, görməsək də, o kənd bizim kəndimizdir... Bəli, Çərəkən mənim doğulub, boya-başa çatdığım, 10 yaşına qədər yaşadığım kəndimdir".
© Photo : Courtesy of Anar Halilov
Anar Xəlilovun uşaqlıq fotosu

Anar Xəlilov Çərəkən kəndindən qaçqın düşəndə cəmi 10 yaşı olub. Deyir ki, heç vaxt kəndlərindən didərgin düşəcəyini ağlına belə gətirmirmiş. Bakı şəhəri – paytaxt hər bir uşağın arzusu olduğu üçün onlar da şad günlərində Bakıya gələrmişlər.

Və bir gün bu gəlişin daimi olacağını heç düşünməmişdi də...

"Avqustun 2-də ad günümü keçirmək üçün Bakıya gəlmişdik. İki həftəlik Bakı səfərindən sonra kəndə qayıdanda vəziyyətin dəyişdiyini öyrəndik. Cəmi bir gün kənddə qaldıq. Avqustun 15-də isə kənd əhalisi, 50-60 nəfər bir ZiL maşınına yığılıb kənddən çıxdıq", - deyən Anar Xəlilov Çərəkəni dumanlı şəkildə xatırladığnı bildirir.

Anargilin Cəbrayıl rayonunda evləri olsa da, təmirsiz olduğu üçün oraya tez-tez getməzlərmiş. Elə bu səbəbdən də Anar Cəbrayılı xatırlaya bilmir.

© Photo : Courtesy of Anar Halilov
Anar Xəlilov

"Yadıma gəlir, biz buğda yığmışdıq ki, onu dəyirmanda üyüdüb un eləyək. Həmin vaxt biz buğdanı yığıb evin bir küncünə qoyduq, çıxdıq.

Biz buğdaya çörək kimi baxırdıq, istəmədik, çöldə qalsın. Heç qapıları da bağlamadıq. Çıxdıq. Aradan 27 il keçib. Heç düşünməzdim ki, biz bir gün oraya dönəcəyik. Amma artıq bizim kəndimiz azad olunub və yəqin ki, yaxın müddətdə biz oraya köçəcəyik".

A.Xəlilov Bakıya köçəndən sonra təhsilini Bakı şəhəri Nizami rayonu 201 saylı orta məktəbdə alır. Deyir ki, köçkünlük həyatı çox ağır keçib.

© Photo : Courtesy of Anar Halilov
Anar Xəlilov övladları ilə

"Həmin vaxtlar uşaqların bizə baxış tərzi fərqli idi. Yəni məcburi köçkün həyatı tamam fərqli olub. Yerli deyilsən və sənə qəribə baxırlar. Biz 2004-cü ilə kimi bir otaqda qalmışıq. Səhərlər saat 4-5-də durub dərs oxuyurdum. 2000-ci ildə 11-ci sinfi bitirmişəm və həmin il də Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşam", - deyən müsahibimiz özünə həyat qursa da, ürəyindəki nisgil sağalmayıb.

Bu günə qədər qızlarına Çərəkəndən danışır. Xatirələrini bölüşür: "Köçkünlük həyatından sonra bizim haqqımızda, Cəbrayıl rayonu haqqında filmlər çəkilib. Cəbrayıl haqqında "Xan Çinarın yetirmələri" kitabında atam və bizim haqqımızda yazılar var".

© Photo : Courtesy of Anar Halilov
Anar Xəlilov övladları ilə

Anar 10 yaşı olanda Çərəkəndən çıxsa da, uşaqlarına hər zaman Cəbrayıl rayonu haqqında danışıb. Bu gün onun qızlarına "haralısan?" sualını verəndə "cəbrayıllıyam" deyirlər. Axı getməsələr də, görməsələr də, o kənd onlarındır.

Qaçqınlıq həyatı yaşamasına baxmayaraq, təhsilinə böyük diqqət yetirən Anar Xəlilov kifayət qədər tanınmış stomatoloqdur. Və bir arzusu var - Çərəkəndə öz stomatoloji kabinetini yaratmaq...

619
Teqlər:
məcburi köçkünlər, Bakı, Böyük Qayıdış, xatirə, insanlar, Qarabağ, Cəbrayıl
Xankəndi, arxiv şəkli.

Çavuşoğlu Qarabağ barədə: "İndi çox önəmli bir fürsət var"

13
(Yenilənib 22:33 18.01.2021)
Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik.

BAKI, 18 yanvar — Sputnik. "Çox təəssüflər, 30 il ərzində bir siyasi həll yolu olmadığı üçün Dağlıq Qarabağ mövzusunda hərbi həll yolu oldu. Hazırda bir atəşkəs var. Bu, önəmli fürsətdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Hayko Maasla keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu fürsəti əldən buraxmamaq lazımdır. Biz Türkiyə və Azərbaycan olaraq, əgər atəşkəs qalıcı olarsa, Ermənistan da buna inanarsa, Ermənistanla da münasibətlərimizi normallaşdırma mövzusunda addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. İndi çox önəmli bir fürsət var.

Bunun itirilməməsi önəmlidir. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır", - deyə Çavuşoğlu qeyd edib.

13

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

5
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

5
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0